Bayram günü hava necə olacaq?
İyulun 18-də Azərbaycanın bəzi ərazilərində leysan yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 18-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və axşam yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-25˚, gündüz 25-29˚ isti olacaq.
Azərbaycanın rayonlarında iyulun 18-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xaraketli olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 20-25˚, gündüz 28-33˚, dağlarda gecə 13-18˚, gündüz 19-24˚ isti olacaq.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentini hava ilə bağlı xəbərdarlıq yayıb. Xəbərdarlıqda qeyd edilir ki, iyulun 18-i gündüzdən ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Havanın temperaturu tədricən 4-8˚ aşağı enəcək.
Mənbə:> ANSPRESS