Bu gün bulvarda möhtəşəm konsert olacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, İdman

Bu gün bulvarda möhtəşəm konsert olacaq

Bu gün bulvarda möhtəşəm konsert olacaq


Bu gün saat 20:00-da “Bakı 2015” I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunan xüsusi tədbir keçiriləcək.

Oxu.Az xəbər verir ki, tədbirin təşəbbüskarları Gənclər və İdman Nazirliyi və “Bakı 2015”Аvropa Oyunlarının Əməliyyat Komitəsidir (BEGOC).

“Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında keçiriləcək tədbir iki hissədən ibarət olacaq.

Tədbirin birinci hissəsində Azərbaycan milli yığmasının idmançılarının və Avropa Oyunlarının könüllülərinin iştirakı ilə “Bakı 2015” paradı baş tutacaq.

Parad 20:00-da Əl Oyunları Sarayından başlayaraq Dənizkənarı Milli Parkda “Saat qülləsi”nin yanında yekunlaşacaq.

Parad xüsusi konsert proqramı ilə davam edəcək. Konsert proqramı saat 21:00-da “Saat qülləsi”nin yanında başlayacaq və estrada ulduzlarının iştirakı ilə davam edəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *