Bakı küçələrindəki son vəziyyət » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Bakı küçələrindəki son vəziyyət

Bakı küçələrindəki son vəziyyət


Bu gün səhər saatlarından başlayaraq, Bakı şəhərinin bəzi istiqamətlərində avtomobil sıxlığı müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, sıxlıq əsasən şəhərin mərkəzinə gedən ərazilərində yaranıb.

Ən çox Afiəddin Cəlilov küçəsində avtomobillərin sıxlığı yaşanır. Bundan başqa, Ş.İ.Xətai prospektində, Təhsil Nazirliyinin qarşısında, Heydər Əliyev prospektində, kənar yoldan şəhər istiqamətinə avtomobil sıxlığı müşahidə edilir.

Şəhərin şimal girişində də nisbətən sıxlıqdır. Əsasən Xırdalan dairəsi, Bakı-Sumqayıt yolunda, şəhərə girişdə və Bakı Beynəlxalq Avtovağzalın qarşısında avtomobillərin nisbətən sıxlığı müşahidə olunur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə bildirdilər ki, bu gün səhər saatlarında yollarda elə də ciddi problemlər qeydə alınmayıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *