“Bakcell”dən pulsuz Ramazan zəngləri » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Bakcell”dən pulsuz Ramazan zəngləri

“Bakcell”dən pulsuz Ramazan zəngləri

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkəti “Ulduzum” sadiqlik proqramının abunəçiləri üçün yeni Ramazan kampaniyasının başlandığını elan edir.

“Ulduzum” proqramı çərçivəsində yeni Ramazan kampaniyası 18 iyundan başlayaraq 16 iyul, 2015-ci il tarixinə kimi davam edəcək.

“Bakcell” abunəçiləri bu kampaniyada iştirak edən restoranların birində öz yaxınları ilə birgə iftar açmaqla yanaşı “Bakcell” abunəçilərinə zəng etmək üçün pulsuz 10 dəqiqə əldə edəcəklər.

Ramazan kampaniyası çərçivəsində “Bakcell” şirkəti Bakı şəhərində “Mado”, “Özsüt”, “PitStop”, “Tarihi Sultan Ahmed Köfteçisi”, “Villa Pizza”, “Pakdad” restoranları, Gəncədə isə “Agüloğlu”, “Başkent”, “Elegance” restoranları ilə əməkdaşlıq edir.

Bakı və Gəncə şəhərində olan “Ulduzum” abunəçilərinə Ramazan kampaniyasına start verilməsi ilə bağlı kütləvi SMS-lər göndərilir.

Pulsuz dəqiqələri əldə etmək üçün “Ulduzum” abunəçiləri sadəcə olaraq 5555 SMS nömrəsinə “İFTAR” açar sözünü göndərməlidir. Mesaj göndəriləndən sonra abunəçiyə restoranların adları və onlar haqqında əlavə məlumat SMS vasitəsilə göndəriləcək.

Bu kampaniyanın məqsədi müştərilərin sadiqliyini artırmaq və müqəddəs Ramazan ayı çərçivəsində “Ulduzum” sadiqlik proqramının abunəçilərini mükafatlandırmaqdır.

“Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. “Bakcell” Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan “Bakcell” ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

“Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan “Bakcell” şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün xahiş edirik www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-“Bakcell” abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə “Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *