Mərdəkanda ingilisi 3 manata görə necə tanıyırlar... » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Mərdəkanda ingilisi 3 manata görə necə tanıyırlar...

Mərdəkanda ingilisi 3 manata görə necə tanıyırlar...

Mərdəkan dendrarisi bakılıların sevimli istirahət mərkəzlərindən biridir. Xüsusən də uşaqların. Lakin burada son vaxtlar əcaib vəziyyət yaranıb. Söhbət qiymətlərdən gedir.

Virtualaz.org saytının müxbirinin müşahidəsinə görə, dendrarinin kassalarının düz qarşısında qəribə elan asılıb. Doğrudur, orada qiymətlərin müəssisənin rəhbərliyi tərəfindən müəyyən və təsdiq olunduğu yazılıb. Lakin bu elanda nə bir möhür var, nə də müdiriyyətlə hər hansı əlaqə nömrəsi.

Elanda sadəcə qiymətlər yazılıb. Belə ki, 5 yaşa qədər uşaqların dendrariyə girişi pulsuzdur, 5-9 yaşlı uşaqlar ücünsə 1 manat. 9 yaşdan yuxarı bütün şəxslər isə parka daxil olmaq üçün 2 manat ödəməlidir. Xaricilər isə (diqqət edin!) dendrariyə 5 manat müqabilində daxil ola bilərlər. Ən diqqətçəkən məqam da elə budur.

Əvvəla, bu elan əgər həm də xaricilər üçün nəzərdə tutulubsa, onda onun mətni niyə heç olmasa ingilis dilinə də tərcümə olunmayıb? Yazıq əcnəbi azərbaycanca olan mətndən nə başa düşsün? Xüsusilə də onu nəzərə almalı idilər ki, I Avropa Oyunları ilə əlaqədar Bakıya on minlərlə əcnəbi turist gəlib.

İkincisi, dendrari rəhbərliyi əcnəbiləri necə ayırd edə bilir? Onlardan sənəd tələb olunurmu? Onları bəlkə gözünün, saçının rənginə görə seçib ayırırlar? Yaxşı, tutaq ki, anqlosaksları və ya afrikalıları ilk baxışdan zahiri görkəminə görə tanıyanlar oldu. Bəs zahirən bunlara oxşamayan əcnəbilər necə olsun?

Yaxud da əgər kassanın qarşısında Azərbaycan vətəndaşı olan rus, ukraynalı durub bilet alırsa, bu problem onda necə həll olunacaq? Axı heç də bütün vətəndaşlarımız özləri ilə hər gün şəxsiyyət vəsiqəsi, pasport gəzdirmir (bura Moskva deyil ki, adamları hər addımda yoxlasınlar)... Yaxud da əksinə, əvvəllər Azərbaycan vətəndaşı olub sonradan birdəfəlik başqa ölkəyə köçmüş və oranın vətəndaşlığını qəbul etmiş azərbaycanlı ilə necə davranmaq lazım gələcək? Axı ondan da əcnəbi kimi 5 manat alınmalıdır, amma adam azərbaycanca danışıb 2 manat ödəyəcək. Qısası, bu da bir porblemdir.

Yeri gəlmişkən, Bakıda keçirilən I Avropa Oyunları ilə bağlı paytaxtın bütün muzeyləri və ictimai nəqliyyatı qonaqlar üçün pulsuz elan edilib. Bunun dendrariyə dəxli yoxdur, yoxsa...?

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *