Sabahdan hava kəskin dəyişir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.info-ya verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi axşam mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 14-17, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı, hava şəraitinin gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Mənbə:> AzNews.info