WhatsApp istifadəçilərinin nəzərinə – VİDEO
“WhatsApp”a etibar etməyin
Bu xəbərimiz “WhatsApp” barədədir. Daha doğrusu, bu platformanın informasiya təhlükəsizliyindən bəhs edəcəyik. İnformasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış beynəlxalq bir təşkilatın apardığı araşdırma nəticəsində məlum olub ki, “WhatsApp” öz istifadəçilərinin şəxsi məlumatlarının qorunmasına lazım olan diqqəti ayırmır. Ancaq gizlilik hüququna riayət etməyən şirkət yalnız “WhatsApp” deyil.
Mesaj, video, şəkil, kontakt və ya hər hansı şəxsi məlumat.. Yaşından asılı olmayaraq, bir çoxları “WhatsApp”ın bu xıdmətlərindən istifadə edir. Ancaq araşdırmalar göstərir ki, “WhatsApp” vasitəsilə göndərilən şəxsi məlumatların təhlükəsizliyi risk altındadır...
İnformasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış Elektron Sərhəd Təşkilatı istifadəçilərin şəxsi məlumatlarının gizliliyinə dair hesabat yayıb. Sənəddə “WhatsApp”ın öz istifadəçilərinin informasiya təhlükəsizliyini qorumaq üçün heç bir addım atmadığı qeyd olunub.
Bununla yanaşı "Google" və "Microsoft" kimi nəhəng şirkətlər də üzüağ çıxmayıb. Mütəxəssislər deyirlər ki, istənilən elektron platforma informasiyaların qorunması baxımından müəyyən risk daşıyır. Ona görə də istifadəçilərə tövsiyyə olunur ki, onlar üçün dəyərli hesab olunan informasiyaları bu platformalar vasitəsilə göndərməsinlər.
Mənbə:> Bizimyol.info