"You-Tube"da milli mətbəximiz barədə videoçarx yayılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

"You-Tube"da milli mətbəximiz barədə videoçarx yayılıb – VİDEO

"You-Tube"da milli mətbəximiz barədə videoçarx yayılıb


Bizim milli mətbəximizdən yoxdur. Bəlkə də yeganə mətbəxdir ki, burda hər şey öz qaydasında, əndazəsindədir. Sulu yeməklər bir aləm, aşlar, dolmalar, qutablar, hələ kabablar növbənöv. Bu yeməklərlə ağzının dadını dəyişən əcnəbilər çətin ki, bu ləzzəti unuda. Elə sosial şəbəkələrdə də bu məsələ öz əksini tapıb.

ANS TV-nin məlumatına görə, bu dəfə milli mətbəximiz diqqət mərkəzində. Söhbət Avropa Oyunları ərəfəsində YouTube-da yayılan növbəti videoçarxdan gedir. Görüntülərdə milli mətbəximizin simvolu olan qutab və onun necə hazırlanması öz əksini tapıb.

Həmçinin son vaxtlar otellərdə, restoranlarda səhər yeməyi menyusuna əlavə olunan pomidor yumurta çığırtmasının gələn qonaqlara servisi də yer alıb.

Yağ pendir, bal və pürrəngi çay. Səhərə yeməyinin əvəzolunmaz təamları bir arada. Məqsədsə aydındır, ölkəyə gələn əcnəbilər bu təamları dadıb, necə deyərlər ağız dadını dəyişsinlər.

Ağız dadını dəyişənlərsə çox çətin ki, bu ləzzəti unuda.



Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *