Azərbaycanlılar iş başında - 18 İyun » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman

Azərbaycanlılar iş başında - 18 İyun

Azərbaycanlılar iş başında - 18 İyun


Cümə axşamı azərbaycanlı idmançılar bir sıra idman növlərində çıxış edəcəklər.

AzNews.info Baku2015 mətbuat xidmətinə istinadən xəbər verir ki, iyun ayının 18-də Azərbaycanlı idmançılar bir sıra idman növündə öz güclərini sınayacaqlar. Bu günə kimi 11 qızıl medal qazanmış Azərbaycan komandası, yarışların növbəti günündə aktivindəki qızıl medalların sayını artırmağa çalışacaq.

Önəmli qarşılaşma
Voleybol, Saat 16:30

Kişilər arasında ilkin raund yarışında B qrupunda Azərbaycan komandası Fransa ilə üzləşəcək. Bundan öncə keçirilən hər iki oyunda komanda kifayət qədər xal yığa bilmədiyindən, Fransa ilə baş tutacaq qarşılaşma komandanın irəli keçməsi üçün olduqca vacibdir.

Kişilər hünərini göstərəcək
Çimərlik voleybolu, Saat 19:00-dan

Çimərlik futbolunda Azərbaycanı təmsil edən qadınlar bacardığı ediblər. İyunun 18-ə isə kişilər çimərlikdə öz hünərlərini göstərəcəklər. A qrupunda Azərbaycan komandasının üzvləri - B.Romano və L.Gritsail Norveç komandası ilə qarşılaşacaqlar.

H qrupundakı yarışlarda isə ölkəni N.Santos və İ.Rudıx təmsil edəcək. Onlar İspaniyadan olan idmançılarla yarışacaqlar.

Şosse velosipedi,
Saat 10:00-dan

Cümə axşamı qadınlar və kişilər arasında zamana qarşı yarışlara start verilir. Qadınların yarışında Azərbaycanı Olena Pavluxina, kişilərdə isə Elçin Əsədov və Maksim Averin təmsil edəcəklər.

Qolunun zoruna baxaq
Güləş, saat 10:00-dan

Azərbaycan güləşçiləri bu idman növünün demək olar, bütün kateqriyaları üzrə yarışlara iştirak edirlər. Bu dəfə Cəmaləddin Maqometov (125 kq çəki dərəcəsi), Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq) və Nurmaqomet Hacıyev (86 kq) sərbəst üsulla təsnifat yarışlarına başlayırlar.

Boks
Saat 13:45-dən

Azərbaycan idmançısı Collazo Sotomayor kişilər arasında birinci yarımorta çəki (64 kq) dərəcəsi üzrə 1/16 final mərhələsində Sloveniyadan Edin Sejdinoviçlə üzləşəcək. Teymur Məmmədov isə yarımağır çəki dərəcəsində Böyük Britaniyadan Joşua Buatsi ilə mübarizə aparacaq.

Taekvondo,
Saat 10:30-dən

Taekvondo üzrə Azərbaycan komanda üzvlərinin iştirakı ilə iki görüş planlaşdırılıb. Fəridə Əzizova (-67 kq çəki dərəcəsi) hollandiyalı Van Baaren Joyce ilə, Milad Beigi (-80 kq çəki dərəcəsi) isə Serbiyadan Damir Fejziclə ilkin raundda üzləşəcək.

Suya tullanma,
Saat 09:00-dan

Cümə axşamı suya tullanma üzrə ilkin yarışlara start verilir. Yarışlarda iştirakçıların maraqlı şou nümayiş etdirəcəkləri gözlənilir. Azərbaycanı bu idman növündə Atryom Danilov (kişilər arasında 1 m tramplin) və Olqa Bikovskaya (qadınlar arasında paltforma) təmsil edir.

Atıcılıq
Saat 11:00-dan

Atıcılıqda səngər stendi üzrə qarışıq komanda yarışlarında azərbaycanlı idmançılar da iştirak edəcək.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *