Bakının boş küçələri » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Bakının boş küçələri

Bakının boş küçələri


I Avropa Oyunlarının startına 2 gün qaldı. Bununla əlaqədar paytaxt yollarında əsaslı dəyişiklik hiss olunur. Uzun illər boyu tıxacdan boğulan ərazilərdə yeni yollar tikilib. Məhz bu səbəbdən də, paytaxt ərazisində uzun müddət hökm sürən tıxacın qarşısı alınıb. Bunun nəticəsidir ki, artıq maşınla hərəkət edərkən saatlarla tıxacda qalmırıq.

ANS PRESS-in məlumatına görə, I Avropa Oyunları ilə əlaqədar Böyükşor gölü ətrafında tikilən Olimpiya stadionuna nəqliyyat vasitələrinin birbaşa təhlükəsiz və maneəsiz çıxışını təmin etmək üçün tunel tipli yolötrücü tikilib. Bununla da, paytaxtın daim tıxacdan əziyyət çəkən Ziya Bünyadov və Heydər Əliyev prospektlərinda avtomobil sıxlığı aradan qaldırıldı. Bundan əlavə, Dərnəgül yolu kimi tanınan ikincidərəcəli yol əsaslı təmir olunaraq sürücülərin ixtiyarına verildi. Bununla da, paytaxtın dörd bir istiqamətində hərəkət edən sürücülərin həm vaxtına qənaət olunacaq, həm də təhlükəsizlik təmin olunub. Eləcə də, Bakı-Sumqayıt yolunda yenidənqurma işləri aparılıb.

Digər yeniliklərdən biri də, Bakıda “Qara şəhər” kimi adlandırılan və paytaxtın “qara yara”sı sayılan ərazidə yenidənqurma işləri aparılıb. Ərazidəki köhnə, işləməyən zavod xarabalıqları təmizlənib. Köhnə və uçuq tikililər sökülərək, yerində müasir, hündürmərtəbəli binalar tikilib.

Əvvəllər paytaxtın “Qara şəhər” kimi tanınan və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazidə salınıb. Yeni bulvar dünyanın ən iri müasir layihələrindən biri olacaq “Bakı Ağ Şəhər” layihəsini tamamlamaqla paytaxtımızın simasını daha da gözəlləşdirir.

Bakı sakinlərinin və şəhərimizin qonaqlarının istirahəti üçün Ağ Şəhər bulvarında infrastruktur ən müasir tələblər səviyyəsində yaradılıb. Bulvarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün piyada keçidləri də inşa edilib. Bakı Ağ Şəhər bulvarı Ağ Şəhərdən Xəzərə açılan mənzərəni daha da cazibədar edir. Gələcəkdə bulvar ərazisinin daha da artırılması və uzunluğunun 25 km-ə qədər çatdırılması planlaşdırılır. Belə olan halda Bakı bulvarı dünyanın ən böyük bulvarı adını qazanacaq.

Yeri gəlmişkən əlavə edək ki, bu yaxınlarda Böyükşor bulvarının da açılışı olub və həmin ərazi insanların istifadəsinə verilib. Bu bulvarın sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometr, bulvar sahəsinin ümumi eni isə 94 metrdir. Burada idman və uşaq oyun meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb, minlərlə ağac və bəzək kolu əkilib. Gölün içində quraşdırılmış fəvvarələr kompleksi şəhərimizin qonaqlarının zövqünü oxşamaqla yanaşı, həm də gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir. Gölün idarə edilməsi, su keyfiyyətinin yaxşılaşdırılması və monitorinqi üçün günəş enerjisi ilə qidalanan xüsusi qurğulardan istifadə edilir.

Digər yeniliklərdən biri də, Bayıl bulvarının paytaxt sakinləri və qonaqların üzünə açılmasıdır. Qeyd edək ki, Bayıl bulvarının inşasına 2013-cü ildə başlanılmışdı. Layihə çərçivəsində bulvarda işlər yüksək səviyyədə həyata keçirilib. Ümumi sahəsi 24 hektar olan yeni istirahət mərkəzinin uzunluğu 2,3 kilometrdir. Burada 16 hektar yaşıllıq zonası yaradılıb.

Yeni istirahət mərkəzində müasir işıqlandırma və suvarma sistemləri quraşdırılıb. Dövlət Bayrağı Meydanı istiqamətindən başlayan Bayıl bulvarında görülən işlər Dənizkənarı Milli Parkın simasını daha da gözəlləşdirir, paytaxta xüsusi yaraşıq verir. Bu cür istirahət mərkəzlərində yaradılan infrastrukturun ən müasir tələblər səviyyəsində olması sakinlərin rahatlığı baxımından mühüm əhəmiyyətə malikdir. Bakı bulvarında həmçinin yeni və müasir atraksionlar gətirilib. Bulvar ərazisində yeni ağac növləri əkilib. Gözəl işıqlandırma sistemi quraşdırılıb. Xəzərə açılan mənzərə buraya gələn sakinlərin və turistlərin zövqünü oxşayacaq.

Avropa Oyunları ilə bağlı Azərbaycana əlavə olaraq 100 təcili yardım maşını gətirilib. Onlardan 95-i Bakıda, 5-i isə Mingəçevirdə istifadə olunacaq. Oyunların əsas hissəsi Bakı şəhərində keçiriləcəyi üçün Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları artıq hazır vəziyyətə gətirilib. Bakıda Avropa Oyunlarına 25 həkim briqadası cəlb olunacaq. Eyni zamanda, təcili yardım helikopterləri də xüsusi hazırlıq vəziyyətinə gətirilib.

Qeyd edək ki, I Avropa Oyunlarının keçirilməsinə hazırlıq prosesilə bağlı görülmüş bəzi işləri vurğuladıq. Lakin unutmaq olmaz ki, bu işlər yalnız ölkəyə gələn qonaqlar üçün təşkil olunmayıb. Bu ölkə vətəndaşlarının rahatlığını təmin etmək üçün təşkil edilib.

Çox yaxşı olardı ki, bundan sonra da, Bakını belə gözəl və rahat görək. Yəni oyunlardan sonra Bakı yollarında əvvəlki kimi tıxac yaranmasın. Yol kənarlarında maşınları necə-gəldi saxlamasınlar. Ümid edirik ki, elə belə də belə də olacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *