İstanbulda dəniz daşdı, yolu su basdı – VİDEO
Ötən gün Türkiyənin İstanbul şəhərində yağan leysan yağış yerli sakinləri çıxılmaz vəziyyətə salıb.
ANS PRESS-in məlumatına görə, yağış öz təsirini əsasən sahil rayonu olan Üsküdarda göstərib.
Bir çox yerli sakin yağışa hazırlıqsız yaxalandı və yollarda böyük gölməçələr yarandı.
İstanbul (Bosfor) boğazında suyun səviyyəsi yüksələrək yolları su basıb. Ərazidə təhlükəli vəziyyət yarandığından çıxılmaz vəziyyətdə qalan sakinlər ağır tikinti texnikası ilə bölgədən təxliyyə olunublar.
Bəzi vətəndaşlar isə nadir təbiət hadisəsi qarşısında selfi çəkiliblər.
Xatırladaq ki, Üsküdarda dəniz səviyyəsinin yüksələrək daşması hadisəsi daha əvvəl də baş vermişdi.
Post by aznews.info.
Mənbə:> ANSPRESS