Dünyanın ən böyük baldırlı qadını: "Əla bədənim var" – FOTO
"Qadınlar məni çox kök, hətta tosqun və yöndəmsiz sayırlar. Amma kişilər böyük baldırlarıma heyrandırlar. Elə bu səbəbdən də mənə modelliklə bağlı təklif gəldi. İndi "Plus size" modeləm və işimdən zövq alıram".
Avstriyanı tərk edərək ABŞ-a köçən 40 yaşlı Klaudiya Florensin çəkisi 133,35 kiloqramdır.
O, Birləşmiş Ştatlarda yaşamağa başlayanda çəkisi vur-tut 53,9 kiloqram idi.
Milli.Az ABC-yə istinadən bildirir ki, yarım il ərzində 79,45 kiloqram kökələn Klaudiya ilk əvvəl depressiyaya düşmüşdü.
Amma sonradan onun əhvalı yaxşılaşıb, çünki müxtəlif reklam fotosessiyalarına və kliplərə çəkilməyə başlayıb.
İndisə TLC telekanalı onun haqqında "World's Biggest Hips" (Dünyanın ən böyük baldırları) adlı sənədli film də çəkib.
"Vücudumla fəxr edirəm. Kişilər mənə heyran qalıblar, vurulublar. Avstriyanı tərk edərək Amerikada yaşamağa başlayanda çəkim 53,9 kiloqramdı. Onda 19 yaşım vardı. Los-Ancelesdə yaşamağa başladım və yarım ildə xeyli kökəldim. Çəkimi anormal saymıram və özümü gözəl qadın kimi hiss edirəm. Başımı dik tutub gəzirəm", - Klaudia Florens deyib.
Klaudia təki çox kök və böyük baldırlı olan digər qadın Los-Ancelesdə yaşayan 39 yaşlı Mikel Rufinellidir. 190,2 kq çəkili Mikel arıqlamaq niyyətində deyil. O, vücudunu və çəkisini normal sayır.
"Vücudumu sevirəm və səhhətimdə heç bir problem olmadığı üçün pəhriz saxlamağa, arıqlamağa zərurət duymuram", - Mikel söyləyib.
Las-Veqas şəhərində yaşayan 56 yaşlı nənə Denis Sauder isə "Toppuş yanaq" ləqəbli striptizçidir.
Mənbə:> Milli.Az