Sakinlərin yol kənarlarına qoyduğu dəmir maneələr sökülür » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Sakinlərin yol kənarlarına qoyduğu dəmir maneələr sökülür – VİDEO

Sakinlərin yol kənarlarına qoyduğu dəmir maneələr sökülür


Yol kənarlarına maneələri quraşdıranlar bu hərəkətlərilə küçələrdəki nəqliyyatın hərəkətinə çətinlik yaradırlar. Amma əlaqədar qurum bunu belə qoymaq istəmir. Artıq qanunsuz maneələr sökülür.

ANS TV-nin məlumatına görə, paytaxtın mərkəzində əsasən dar küçələrdə dəmir maneələr görə bilərsiniz. Bu dəmirlərin çoxunu həmin ərazidə yaşayanlar quraşdırır. Bura mənim evimdir və qarşısı da mənə aiddir deyib yolu zəbt edərək. Yəni qanunsuz şəkildə.

Düzdür bəzən bu dəmirləri rezin təkərlər də əvəz edə bilir. Hətta iki dəmir parçasını yerə basdırıb ara kəsməni isə zəncirlə qıffılayanlar da olur. Bu isə onsuz da sıx olan yolda avtomobillərin hərkətinə ciddi maneə yaradır. Yolda tıxac əmələ gəlir.

Yol kənarlarındakı maneələri paytaxtın bir sıra küçələrində görmək olar. Artıq bu maneələr aidiyyəti qurumlar tərəfində sökülür.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları bu kimi maneələri aradan qaldırmağa başlayıb. Ona görə də bu gün Rəsul Rza, Əlövsət Quliyev, Əlimərdan bəy Topçubaşov, Həzi Aslanov küçələrində bu maneələr sökülməyə başlanıldı.

Bəzi sakinlər bu söküntüyə aqressiv münasibət göstərdi. Hətta bu aqressiya çəkiliş qrupumuzdan da yan keçmədi.

Sakinlərin əksəriyyəti əməllərini izah etməyə çalışdı. Yola maneə qoymalarının səbəblərini açıqlayaraq.

“Maşını küçələrin birində yer tapsam saxlayıram, tapmasam saxlaya bilmirəm. Məhz bu ona görə edirik ki, öz maşınımız yer edək. Yoxsa bizim yer tutmaq kimi bir niyyətimiz yoxdur”, – deyə sakin Nurşərəf Babayeva bildirib.

Bəziləri isə söküntü işini dəstəklədi. Onların sözləriən görə, zəbt edilən yollarda avtomobillər saxlayırlar ki, bu da küçədə hərkətə mane olur.

“Bəzi şəxslər maşınlarını burda saxladıqdan sonra çıxıb gedirlər. Bir də axşam gəlirlər. Evə dönəndə isə biz maşınımızı saxlamağa yer tapmırıq. Bu məsələni çoxdan qaldırmaq lazım idi. Paytaxt küçələrində nə qədər maneələr var onların hamısı sökülməlidir” – deyə sakin Mövsüm Mövsümov vurğulayıb.

Sürücülər bu işi təqdirəlayiq hal kimi dəyərləndirdi. Çünki maneələrin söküntüsü nəticəsində küçədə nəqliyyatın hərəkəti asanlaşdı.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin dediyinə görə, bundan sonra yaşadıqları ərazidə maneə quraşdıran sakinlər İnzibati Xətalar Məcəlləsinə əsasən cəzalandırılacaq. Bu tip tədbirlər hər ay aparılacaq:

“Sakinlər bununla nə avtomobil yollarına ziyan vursunlar, nə də piyadaların hərəkətə mane olsunlar. İnzibati Xətalar Məcəlləsinə 164.4-cü maddəsində - fiziki şəxslər 80-100 manat, vəzifəli şəxslər 300- 500 manat, hüquqi şəxslər isə 3 mindən 4 min manat kimi cərimə nəzərdə tutulur”.

Odur ki, ev sahibiyəm deyib mənzilinizin önündə dəmir maneə qoymaq istəyənlər, indidən bu əməllərindən əl çəkməlidir.

Yoxsa həmin ev sahibləri məsuliyyətə cəlb edilmək kimi çətin anlarla üz-üzə qalacaq.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *