Bu qərar Bakıda işbazları üzdü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Bu qərar Bakıda işbazları üzdü – VİDEO

Bu qərar Bakıda işbazları üzdü


Avropa Oyunlarına biletlərin satışında qanun pozuntularına qarşı cəzalar sərtləşdirilib. Bu yarışların biletlərinin həm saxtalaşdırılması, həm də qiymətinin süni qaldırılmasına aiddir. Cərimələr də kifayət qədər yüksəkdir.

Bundan başqa kütləvi idman tədbirlərinin keçirilməsinə mane olanlara, yəni idman yarışları zamanı qanun pozanlarla bağlı da qaydalar dəyişib.

Azərbaycanın 37 gündən sonra ev sahibliyi edəcəyi idman yarışına əngəl törətmək istəyən şəxlərə qarşı cərimələr təyin edildi. Yəni Avropa Oyunlarının keçirildiyi ərəfədə bu mötəbər yarışa hər hansı bir formada mane olan şəxslər cərimə olunacaq.

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında sərancam imzalayıb. Sərancam deyilir: "İdman yarışının giriş biletlərini saxtalaşdıran fiziki şəxslər 500, vəzifəli şəxslər 2 min, hüquqi şəxslər isə 5 min manat miqdarındacərimələnəcək".

İdman biletini müəyyən edilmiş tarifdən yüksək qiymətə satan vəzifəli şəxslər 500 - 2 min, hüquqi şəxslər 5-7 min manat miqdarında cərimələnəcək.

Yarış ərəfəsində idman obyektlərinə sərxoş halda, narkotik, psixotrop maddələrin təsir altında gələnlər, eyni zamanda idman arenalarına icazəsi olmayan şəxslərin buraxılmasına və oyun zamanı azarkeşlərin qadağan əşyalardan istifadəsinə görə fiziki şəxslər 500, vəzifəli şəxslər 2min, hüquqi şəxslər isə 5 min manat miqdarında cərimə ediləcək.

Avropa Oyunlarını izləmək üçün 600 min bilet satışa çıxarılacaq. Düzdür, Avropa Oyunları Əməliyyat Komitəsi biletlərin “qara bazar”da satılmamasının qarşısını almaq üçün bir sıra addımlar atıb.

“Biz spekulyasiyalar olacağından xəbərdarıq. Bütün dunyada belə hadisələr olur. Ona görə biz bileti hazırlayarkən çoxlu qoruyucu elementlərdən istifadə etmişik. Konfedensiallıq üçün mən bunları açıqlaya bilməyəcəm. Amma narahat olmayın, biz əlimizdən gələni edəcəyik ki, “qara bazar”ın qarşısı alınsın”, – deyə bilet satışı şöbələrinin rəhbəri Miryam Boqataj deyib.

Hüquqşünaslar isə hesab edir ki, bilet satışından əldə edilən gəlir min manatdan çox olarsa, burda pul cəriməsi ilə yanaşı cinayət məsuliyyəti də tətbiq olunmalıdar. Məsələn, bu addımı atan şəxsləri 6 aydan 5 ilədək həbs cəzası da gözləyə bilər.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *