Avropa Oyunları vaxtı məcburi köçkünlər Bakıya girib-çıxa biləcək? – VİDEO
Oyunlar zamanı bölgələrdən paytaxta üz tutan maşınların hərəkətinə qadağa qoyulması ilə bağlı bəzi məqamlar həm kütləvi informasiya vasitələrində, həm də sosial şəbəkələrdə yalnış olaraq yayıldı. Məlumatda məcburi köçkünlərin avtomobillərinin paytaxta buraxılmasına icazə verildiyi bildirilirdi.
ANS TV-nin məlumatına görə, bu haqda açıqlama verən Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev məsələyə aydınlıq gətirib:
“Hazırda mövcud məhdudiyyətlərlə bağlı müəyyən istisanalar da var. Belə ki, Bakı şəhərində məskunlaşmış məçburi köçkünlər rahat bir şəkildə şəhər giriş-çıxış edə bilərlər, yalnız bir şərtlə. Onların idarə etdiyi nəqliyyat vasitələri öz adlarında qeydiyyatda olsun. Eyni zamanda həqiqətən də onların Bakı şəhərində məçburi köçkün kimi şəhərdə yaşamalı barədə müvafiq sənədləri olsun. Lakin digər rayonlarda qeydiyyatda olan məçburi köçkünlərə əlbəttə ki, bu hallar şamil edilmir”.
Mənbə:> ANSPRESS