Cavid Qurbanov vağzaldan aeroporta dəmiryolu xətti çəkəcək
Bakı Dəmiryolu Vağzalı ilə Heydər Əliyev Beynəlxalq Hava Limanını dəmiryolu xətti birləşdirəcək.
"Trend"-in məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanov deyib.
O bildirib ki, dəmiryolu xəttinin tikintisinin ilkin layihəsi artıq hazırdır: “Bu istiqamətdə danışıqlar aparılıb və “Azərbaycan Hava Yolları” QSC rəhbərliyi ilə razılığa gəlinib. Belə ki, ilk növbədə hava daşımalarının təhlükəsizliyi məsələsini nəzərə almaq lazımdır”.
Mənbə:> Trend