“25 ildir narkomanam, özüm də seyidəm, heç vaxt yalan danışmamışam” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

“25 ildir narkomanam, özüm də seyidəm, heç vaxt yalan danışmamışam”

“25 ildir narkomanam, özüm də seyidəm, heç vaxt yalan danışmamışam”



Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyeva sədrliyi iə satış məqsədilə külli-miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Mirhüseyn Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Hakimin sualına cavab olaraq təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində 25 ildir ki, narkotik istifadəçisi olduğunu, lakin satış məqsədi olmadan narkotik maddə gəzdirdiyini bildirib.

“Əvvəllər Moskva şəhərində sürücü işləmişəm. Bakıya gələndən sonra işləmirəm. Ailə üzvlərim də narkotik vasitələrdən istifadə etdiyimi bilirdilər. Özüm də seyidəm, heç vaxt yalan danışmamışam. Allaha and olsun ki, məni saxlayanda üstümdə cəmi iki bükümlük “mal” olub. Amma yazıblar ki, guya 31 qram heroinlə saxlanılmışam. Mən istifadəçiyəm, narkotikin satışı ilə məşğul olmuram. Üstümdən tapdıqları heroini Sumqayıtdakı 13-cü mikrorayon adlanan yaşayış massivindən almışam. Satanın adını bilmirəm . Amma üzdən görsəm tanıyaram. Ona 60 manat pul verib, iki büküm heroin almışdım. Bükümün biri 30 manat idi. Dostum, yaxınım olan Nurəddin Qafarovla gedirdik. Bizi tutdular. Bölmədə başımıza oyun açdılar. Mənə qarşı qəsdi-qərəzlikləri vardı. Dedim ki, Nurəddini buraxın, cavandır, ailəsi, balaca körpələri var, mənə neyləyirsiniz eləyin. Nə verdilərsə, qol çəkdim. Nurəddini buraxdılar. Sonradan oxuyuram ki, guya məndə 31 qram heroin tapıblar.” – deyən təqsirləndirilən əməlindən peşman olduğunu da dilə gətirib.

“Peşmanam, altı aya yaxındır ki, həbsdəyəm. Ağrılarım olur, xəstəxanada müalicə almışam. İçəridən çıxsam, istifadə etməyəcəm” - deyə təqsirləndirilən şəxs ifadəsində bildirib. Məhkəmə prosesi iyunun 10-da davam edəcək.

Qeyd edək ki, bu ilin fevral ayında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhər sakini Mirhüseyn Bağırov adlı şəxsin üzərində axtarış aparıblar. Axtarış zamanı onun üzərindən 31,377 qram narkotik vasitə - heroin aşkar edilib. M.Bağırov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham edilib.

Mənbə: Bizimyol.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *