“Google” axtarış sistemində daha bir yenilik
Bizimyol.info İCTnews-a istinadən xəbər verir ki, bu günədək axtarış sistemində söz birləşməsi yazılaraq həmin sözün mümkün müxtəlif variantları təqdim olunurdu.
Amma indi “Android”də təkcə tamamlanmış axtarış cümləsi yox, həm də proqnozlaşdırılmış sualların cavablarına da rast gəlmək mümkün olacaq.
“Google”da hesab edirlər ki, ilk növbədə bu, axtarışı tezləşdirir. İkinci növbədə isə hətta istifadəçinin hələ ağlına gəlməyənləri belə öyrənməyə imkan verir.
Mənbə:> Bizimyol.info