Bakıda yanmış evdən 67 yaşlı qadının meyiti tapıldı
Bakıda baş vermiş yanğın nəticəsində bir nəfər ölüb.
Bizimyol.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda bir-birinə bitişik, ümumi sahəsi 129 kv.m olan birmərtəbəli fərdi yaşayış evində 1 otağın yanar konstruksiyaları 21 kv.m sahədə, 2-ci ailəyə məxsus 2 otağın yanar konstruksiyaları 42 kv.m sahədə, 3-cü ailəyə məxsus ümumi sahəsi 66 kv.m olan 2 otağın lambirdən ibarət tavanı və dam örtüyü 42 kv.m sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı ev sahibi 1948-ci il təvəllüdlü Həlimova Tamella Yusif qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə:> Bizimyol.info