Milli Məclisdən teleaparıcıların səviyyəsinə reaksiya » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Milli Məclisdən teleaparıcıların səviyyəsinə reaksiya

Milli Məclisdən teleaparıcıların səviyyəsinə reaksiya

N.Cəfərov Trend-ə bildirib ki, aparıcıların səviyyəsi və mədəniyyəti məsələsi həmişə problemdir.

O qeyd edib ki, aparıcı televiziyanın simasıdır: "Bəd xəbər də olsa, şad xəbər də olsa, aparıcının şəxsiyyəti olmalıdır, burada birinci növbədə televiziyanın siması müəyyənləşdirilir. İndi bizdə bu sahədə xüsusi bir məktəb yoxdur".

Dünya praktikasından misal gətirən N.Cəfərov vurğulayıb ki, dünyada hər bir televiziyanın daxilində aparıcını yetişdirən məktəb var:

"Televiziyada aparıcıların üzərində hər zaman nəzarət olunur, o cümlədən onların hərəkətləri, reaksiyaları təhlil olunur. Düzdür, Azərbaycanda bu sahədə müəyyən qədər inkişaf var, amma buna baxmayaraq yenə də bu problem qalmaqdadır".

N.Cəfərov bir məqama da toxunub. Bu da telekanalların aparıcıların ya müğənni, ya da incəsənət adamı olmasına üstünlük verməsidir:

"Bu da istər-istəməz problem yaradır. Çünki bizdə, deyim ki, bir çox müğənnilərin intellekt səviyyəsi çox aşağıdır. Çünki onlar aparıcılıq məktəbi görmürlər, sadəcə oxumaq istedadlarına görə gəlirlər və onların təfəkkürü lazımi zənginlikdə olmur. Yaxşı aparıcı olmaq üçün ictimai, siyasi, ideoloji təfəkkür lazımdır".

N.Cəfərov onu da qeyd edib ki, aparıcılarda bir az şitlik çox olur, xüsusilə də qadın aparıcılarda: "Kişi aparıcılar nisbətən normaldırlar, müəyyən qədər gözləyirlər".

Mənbə: Milli.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *