Bakıya quş uçuşundan baxış – VİDEO
Panoram attraksionu Avropa Oyunlarında gücləndirilmiş iş rejimində işləyəcək.
AzNews.info xəbər verir ki, ANS TV-nin məlumatına görə, hamının daha çox “Şeytan çarxı” kimi tanıdığı attraksion Avropa Oyunları ərəfəsinda daha çox qonaq qəbul edəcək. Turistlər Bakını göydən seyr edə biləcəklər.
Sevindirici haldır ki, artıq Dənizkənarı Milli Park həm də yeni-yeni attraksionları ilə həm şəhər sakinlərinin, həm də xarici turistlərin zövqünü oxşamaqdadır. Diametri 60 metr olan bu qurğuda hərəsində 8 nəfərlik yer olmaqla 30 kabinə var. Panoram attraksion İlk Avropa Ounları ərəfəsində gücləndirilmiş iş rejimində işləyəcək və gecə saatlarına kimi həm paytaxt sakinlərinin, həm də şəhərimizin qonaqlarının istifadəsində olacaq.
Bulvar ərazisinin rəis müavini Nazim Məcidov deyir ki, bu attraksion vasitəsilə şəhərin bir çox yerlərini görmək olur. Qışda hava soyuq olanda attraksiona gələnlər az olur. Amma yay aylarında insan axını müşahidə olunur.
Nazim Məcidov onu da bildirdi ki, bütün atraksionlardan böyüklü-kiçikli hər kəs rahat istifadə edə bilər. Qiymətlərə gəlincə, 6 yaşına qədər uşaqlar bu attraksiondan pulsuz istifadə edir. 6 yaşdan 13 yaşınadək olan uşaqlara biletin qiyməti 3 manat, 13 yaşdan yuxarı isə biletin qiyməti 5 manatdır. Bu attraksionun idarə olunması internet, Wi-Fi vasitəsilə həyata keçirilir. Təbii ki, bu da idarəetməni çox asanlaşdırır.
Attraksionu idarə edən Sürət Salmanov söylədi ki, iş sistemləri 12 saatdır. Axşama doğru isə bura gələnlərin sayı artır.
Şəhəri ovuc içi kimi seyr etmək isə yaşından aslı olmayaraq hər kəsin, həm böyüklərin həm də uşaqların marağına səbəb olur.
Bir əsrlik tarixi olan Bakı Dənizkənarı Bulvarının salınması 1909-cu ildə Bakı Şəhər Duması tərəfindən qərarlaşdırılıb. Bu günsə Milli Parkımız ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir.
Mənbə:> ANSPRESS