ATV-dən ANS-ə cavab- “Elə bil binanı biz yandırmışıq..” – VİDEO
“Azad Azərbaycan” Televiziya Şirkəti bu gün “Həftə sonu” proqramında ANS telekanalına cavab verib.
“Qafqazinfo”nun məlumatına görə, Vaqif Aydınoğlunun qonağı iki kanal arasındakı qalmaqalın səbəbkarı aparıcı Mətanət Əliverdiyeva olub.
ANS telekanalına cavab kimi hazırlanan proqramı təqdim edirik:
Xatırladaq ki, bir neçə gün əvvəl ANS-də Ləman Ələşrəfqızının müəllifi olduğu süjet Mətanətə həsr olunmuşdu. Keçmiş həmkarı Mətanəti sərt tənqid etmişdi.
Qeyd edək ki, Mətanət Əliverdiyevanın səsləndirdiyi “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözləri günlərdir ki, sosial şəbəkələrdə müzakirə olunur.
Mənbə:> Qafqazinfo.az