Azərbaycanlıların toy karvanı Moskvada yol bağladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Azərbaycanlıların toy karvanı Moskvada yol bağladı – VİDEO

Azərbaycanlıların toy karvanı Moskvada yol bağladı


Rusiyanın paytaxtı Moskvada azərbaycanlıların toy karvanı yolu bağlayıb.

ANS PRESS-in məlumatına görə, mayın 23-də Varşava magistralında azərbaycanlılara məxsus toy karvanının maşınları yol getdiyi zaman qəfildən hərkəti dayandırıb.

Həmin karvana aid olan avtomobillərdən birində isə bunu videoya çəkərək sosial şəbəkədə paylaşıblar.

Kadrlarda da görünür ki, ümumilikdə beş maşın körpüyə girəndə qəsdən yolu kəsiblər. Onlardan ikisinin üzərində Azərbaycan bayrağı olub. Dayanan maşınların içərisindən adamlar çıxaraq bəylə gəlini təbrik ediblər.

Yoldakı bu durğunluq cəmi 30 saniyə davam etsə də, magistral yolda sıxlıq yaranmasına səbəb olub.



Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *