Populyar "Orel i reşka" yenə Bakıda – FOTO
“Pyatnitsa” kanalında yayımlanan yeni və populyar əyləncəli TV şoulardan biri olan “Orel i reşka. Şopinq” Bakıya gəlib.
Oxu.Az xəbər verir ki, verilişin növbəti buraxılışı Bakıda çəkilir.
Proqramın aparıcıları Maşa İvakova və Anton Lavrentyev yazını dərc edib və artıq sosial şəbəkələrdə fotolarını paylaşıblar.
Qeyd edək ki, “Orel i reşka. Şopinq” – səyahət və şopinq haqqında maarifləndirici teleproqramdır. “Orel i reşka” proqramı müstəqil və paralel layihədir.
Hər bazar günü verilişin aparıcıları dünyanın müxtəlif ölkələrinə şopinqə yola düşürlər. Proqramın qaydalarına görə, onlardan biri yalnız 100 dollara, digəri isə “qızıl” bank kartında olan pullardan istifadə edə bilir.
Aparıcıların bazar gününü necə keçirəcəyini müəyyənləşdirmək üçün qəpik atılır, hər şeyi orel və reşka həll edir. Əgər qəpikdə “orel” düşürsə, qəpiyi atan “qızıl” kartı, digəri isə 100 dolları qazanır; “reşka” düşərsə əksinə.
Birinci mövsümdən başlayaraq “Yerlidən sirr” ənənəsi peyda olub. Bu ənənəyə müvafiq olaraq, yerli sakin bələdçidə qeyd edilməyən yerlər barədə aparıcıya danışır.
İkinci mövsümdən başqa bir ənənə də meydana gəlib. Facebook sosial şəbəkəsində “Orel i reşka. Şopinq”in rəsmi səhifəsində tam aşağı dəyəri 100 dollardan artıq olmayan hədiyyə istəyə bilər. Ən orijinal hədiyyələr tamaşaçılara göndəriləcək.
Maşa İvakova Vergi akademiyasının diplomu olan model, aktrisa, televiziya aparıcısı və elit divadır. Anton Lavrentyev müğənni, musiqiçi və klub promouteridir. Eləcə də şən və gözəl əhval-ruhiyyəli ictimaiyyət ilə əlaqələr üzrə mütəxəssisdir.
Mənbə:> Oxu.Az