İntim cinayətlə məşğul olan evli cütlüklər həbs edildi
AzNews.info "Milliyet"ə istinadən verdiyi xəbərə görə, türk polisi Adana şəhərinə bağlı 25 ünvanda eyni vaxtda əməliyyat keçirib. Əməliyyat nəticəsində öz aralarında partnyorlarını dəyişərək sekslə məşğul olan evli cütlüklər saxlanılıb. Saxlanılan 23 şübhəlidən şəbəkə rəhbəri və sevgilisi də daxil olmaqla 15 nəfəri həbs edilib. Saxlanılanlardan 14-ü kişi, 9-u qadındır.
Məhkəmədə adı açıqlanmayan universitet tələbəsi və sevgilisinin "facebook" sosial şəbəkəsi vasitəsilə evli cütlüklər üçün pul qarşılığında belə "şənlik"lər təşkil etdiyi məlum olub. Şəbəkə rəhbəri ifadəsində evli cütlüklərin sayı çox olduğuna görə, şəhər kənarında lüks villa kirayəyə götürdüklərini bildirib.
O da məlum olub ki, saxlanılan şəxslərin çoxu evli cütlük olub. İki cütlüyün sevgili, iki cütlüyün isə rəsmi nikah olmadan ikinci yoldaşının olduğu bildirilir. Qalan cütlüklər isə rəsmi nikahla evli olublar. Ümumilikdə 16 cütlük nəzarət altına alınıb.
Məhkəmədə ifadə verənlər qarşılıqlı şəkildə bir-birlərini ittiham ediblər. Qadınlar fantaziyalarını gerçəkləşdirmək və sadəcə əylənmək məqsədilə bu işə razı olduqlarını, ərlərinin bunun qarşılığında pul almasından xəbərsiz olduqlarını söyləyiblər. Ərlər isə yoldaşlarının alınan puldan xəbərdar olduqlarını bildiriblər. Bundan sonra qadınlar "Uşaqlarımızı qonşuya buraxıb fantaziyalarımızı gerçəkləşdirməyə gedirdik, əylənmək məqsədilə edirdik" deyərək, ağlamağa başlayıb. Onlar "Rəzil olduq, insan arasına çıxacaq üzümüz qalmadı. Uşaqlarımız 4 gündür ki, pərişandır" deyərək göz yaşı axıdıblar.
Hakim 15 nəfərin həbs olunması, fantaziya "qurbanı" olan qadınların isə şərti cəza ilə azadlığa buraxılması barədə hökm verib.
Mənbə:> Milliyet