Camaat binalardakı penoplastları sökür – FOTO
Sosial şəbəkələrdə artıq penoplast örtüklü binaların yanması ilə bağlı etiraz aksiyaları başlayıb.
Tanınmış köşə yazarı Zamin Hacı binaların üzünə vurulan yanar konstruksiyaları sökməyə çağırıb: "Sizi öz həyatınızı xilas etməyə - binalarınızı üzlüklədikləri yanar konstruksiyaları sökməyə çağırıram. Bu, mitinq-filan deyil, heç Qarabağ da deyil. Bibraşa öz uşaqlarınızın həyatıdır. Sökün xilas olun! Nə qədər gec deyil".
Blogger Turxan Qarışqa isə facebook-da paylaşdığı fotoya "Camaat fasadları dağıtmağa başlayıb!" yazıb. Şəkildən də görünür ki, artıq insanlar binaların üzündəki penoplastı sökməyə başlayıblar.
Mənbə:> Bizimyol.info