“Bunu Bakıda etsəydim...”- Rus qızlarını öpən azərbaycanlı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

“Bunu Bakıda etsəydim...”- Rus qızlarını öpən azərbaycanlı – VİDEO

“Bunu Bakıda etsəydim...”- Rus qızlarını öpən azərbaycanlı



Moskvada yaşayan azərbaycanlı gənc Nizam Qəribovun qeyri-adi videolayihəsi sosial şəbəkələrdə böyük marağa səbəb olub. Layihə “Qızları öpməyin asan yolu” adlanır. Görüntülərdə gənc azərbaycanlı Moskva küçələrində qarşısından keçən qızlara yaxınlaşaraq öncə onlarla ünsüyyət qurur. Daha sonra o, qızlara 10 saniyəlik gözlərini yummalarını təklif edir. Qızlar gözlərini bağlayan kimi gənc oğlan onları öpməyə başlayır. Oğlanın yanındakı dostu qızların müxtəlif reaksiyalarını lentə alır. Reaksiyalar fərqlidir. Videodan da görünür ki, qızlardan kimisi təəccüblənib, kimisinin də bu qeyri-adi hərəkət ürəyincə olur.

Təxminən 2 həftə əvvəl yayılmasına baxmayaraq, bu video sosial şəbəkələrdə azərbaycanlı istifadəçilər tərəfindən hələ də müzakirə olunur. Kimisi Nizam Qəribova haqq qazandırır, kimisi də təndiq edir.

Tənqid edənlər bu hərəkəti küçənin ortasında, açıq-aşkar etməyi azərbaycanlıların milli mentalitetinə zidd sayanlardır. Digər şərh yazanlar isə hər şeyi normal qəbul edib, azərbaycanlı gənci müdafiə edənlərdir. Qızların mənfi reaksiyasının olmadığını əsas gətirən bəzi istifadəçilər isə bu layihənin onlarla əvvəlcədən razılaşdırıldığını güman edirlər.

Nizam Qəribovun ata-anası azərbaycanlıdır və o, 1994-cü ildə Moskvada doğulub. Özünün dediyinə görə, hazırda Moskva Dövlət Universitetinin hüquq fakultəsində, 4-cü kursda oxuyur.

“Qafqazinfo” AzadlıqRadiosuna istinadən Nizam Qəribovla müsahibəni təqdim edir:

- Bu layihə haradan ağlınıza gəldi və bu videonu çəkməkdə məqsədiniz nə olub?

- Mənim məqsədim qızları, yaxud özümü aşağılamaq olmayıb. Mənim aranı qızışdırmaq məqsədim də olmayıb. Videodan görünür ki, qızların heç birinin münasibəti mənə qarşı mənfi olmur. Çoxları bu videonu montaj olunmuş hesab edirlər. Guya mən etiraz edən qızları kadrlardan kəsib çıxarmışam. Belə bir şey olmayıb. Mənim məqsədim xoş məramlı olub. Hər çəkilişdən sonra videoda iştirak edən qızlardan bunun yayılmasına razı olub-olmadıqlarını soruşmuşam. Qızlardan üçü videonun yayılmasına qarşı çıxdı, onları göstərmədik.

Digər qızlar isə razılaşdılar. Bu ideya necə ağlıma gəldi, izah edim. Bundan öncə mənim dostlarım bir layihə hazırlamışdı. Həmin layihəyə uygun kurslar təşkil olunmuşdu və burada qızlarla necə tanış olmağın yolları izah olunurdu. Bu layihəni sayıqlama hesab edirəm. Mən göstərmək istədim ki, qızlarla tanış olmaq üçün pul verib hansısa kurslara getmək lazım deyil. Bunun üçün özünə inam olmalıdır. Sadəcə yaxınlaşırsan və münasibət qurursan. İdeya buradan irəli gəldi.

- Sosial şəbəkələrdə bu ideyaya görə sizi tənqid edənlər də az deyil...

- Tənqid olub, var və hər zaman olacaq. Mən tənqidlərə cavab vermək istəməzdim. Mənim məqsədim bu videonun Azərbaycanda yayılması olmayıb. Təsadüfən necə olubsa, orada da müzakirəyə səbəb olub. Tənqidlərə sakit yanaşıram. Yenə deyirəm burada məqsədim kimisə aşağılamaq olmayıb. Bu videonu təbəssümlə qarşılamaq lazım idi.

- Yaxşı, bəs siz eynisini Moskvada yox, Bakıda edə bilərdinizmi?

- Edə bilərdim. Lakin oradakı qızların reaksiyasının fərqli olacağını bilməmək axmaqlıq olardı. Yazılan şərhlərdən sonra anladım ki, bunu Bakıda etsəydim məni nələr gözləyirdi. Mən bir həftə sonra Bakıya başqa bir sosial eksperiment aparmaq üçün gələcəyəm. Bu haqda əvvəlcədən danışmaq istəmirəm. Həmin layihədə rusların və azərbaycanlıların hər hansı bir məsələdə mentalitet fərqlərini göstərməyə çalışacağam. Qoy insanlar görsün ki, mən təkcə öpməyi bacarmıram.

- Videodan da görünür ki, öpdüyünüz qızlar sizə qarşı mənfi reaksiya göstərmirlər. Bütün rus qızlarımı belədir və eyni reaksiyanı hər kəsmi göstərir?

- Heç vaxt. Öpməyimə razılıq verən qızları pis adlandırmaq düzgün olmazdı. Məsələ bundadır ki, mən bütün bunları təbəssümlə etmişəm. Təbəssüm sehrli bir şeydir. O ovsunlayır. Mən də öz təbəssümümlə qızları ovsunlaya bildim. Əgər sənin əhvalın yaxşıdırsa və gülümsəyirsənsə, qızlar bunu zarafat kimi qəbul edəcək və qarşı çıxmayacaqlar. Əgər mən qəmgin-qəmgin olara yaxınlaşıb öpsəydim, əlbəttə məni “doğrayardılar”. Gördülər ki, mən xoşməramlı oğlanam və pis heç nə baş vermədi. Qızlardan biri hətta məni qucaqladı və əli ilə əla işarəsini göstərdi.


Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *