Yol polisi qovdu, qəza oldu
Bu məlumatı aznews.az-a hadisə şahidləri verib. Onların sözlərinə görə, qəza 10 YP 597 dövlət nömrə nişanlı avtomobillə xidmət aparan yol polislərinin səhvi ucbatından baş verib.
Belə ki, polislər Bülbül prospektində 90 PL 116 dövlət nömrə nişanlı “KİA Cerato” markalı minik avtomobilini qovurmuş.
Nəticədə sürətlə hərəkət edən “KİA Cerato” Süleyman Rəhimov küçəsinə dönən zaman idarəetməni itirərək səkiyə çırpılıb və bir neçə dəfə aşıb.
Xoşbəxtlikdən ölüm olmayıb. Sürücü və 3 sərnişin ərazidə olan şəxslər tərəfindən avtomobildən çıxarılıb, onlara ilkin tibbi yardım göstərilib.
Mənbə:> Virtualaz.org