Hökumətin buldozerlərini gözləməyib evlərini özləri sökürlər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Hökumətin buldozerlərini gözləməyib evlərini özləri sökürlər

Hökumətin buldozerlərini gözləməyib evlərini özləri sökürlər


Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun şəhəri gözəlləşdirmək kampaniyası sürətlə davam edir.

Bu həftənin əvvəlindən Aşqabadın Şor adlanan kəndində 3 minə yaxın ev sökülməyə başlanıb. Minlərlə yoxsulun sığındığı gecəqondular Berdıməhəmmədovun ağ mərmər şəhər ideyasının qurbanı olub.

Rəsmilər söküntünün səbəbi barədə danışmırlar, ancaq bunu inkişaf kimi qiymətləndirirlər. Dövlət televiziyası da səbəblərlə bağlı bir söz demir. Ancaq mülkiyyətçilərin sözlərinə görə, onlara evini qeyri-qanuni tikildiyi üçün söküləcəyini söyləyiblər.

“Yerli rəhbərlikdən bizə dedilər ki, evləriniz bağ yeri üçün nəzərdə tutulan torpaq sahələrində qanunsuz tikilib. Ancaq bir nəsil bu yerlərdə böyüyüb, qanunsuz olsaydı, biz burda qala bilməzdik axı” - yerli sakinlərdən biri “Azadlıq” radiosunun türkmən xidmətinə bildirib.

Evlərini itirənlər heç bir kompensasiya almayıblar.

Söküntü işləri bir neçə aydır başlayıb, ancaq ilk dəfədir ki, birdən-birə bu qədər ev buldozerin ağzına verilir.

Sakinlərə xəbərdarlıq ediblər ki, mayın 25-dək evlərini boşaltsınlar. Sakinləri evlərindən çıxmağa vadar etmək üçün hələ söküntüyə başlamazdan bir neçə gün qabaq su və elektrik təchizatı dayandırılmışdı.

Aşqabad ətrafında gecəqonduların söküntüsünə bir neçə aydır ki, başlanıb. Digər şəhərətrafı yaşayış məskəni olan Çoqanidə də evlər dağıdılır.

Hökumətin buldozerlərini gözləməyib evlərini özləri sökürlər


Qoyulan möhlət yaxınlaşdıqca sakinlər özləri evlərini dağıtmağa başlayıblar, daha doğrusu, bəzi tikinti materaillarını - pəncərələri, qapıları, bəzi aksessuarları xilas etməyə çalışırlar. Çünki hökumətin göndərdiyi bulldozer hər şeyi məhv edəcək.

Söküntü yeni biznes imkanı açıb: şirkətlər evləri söküləcək sakinlərə boş yük maşını göndərib təklif edirlər ki, evin hissələrini daşısınlar. Üstəlik şirkətlər bütün tikinti materiallarını evdən salamat çıxarmaq üçün köməklərini təklif edirlər. Bu tikinti materialları paytaxtdakı bazarlarda dəyər-dəyməzinə satılır.

Az adam bu “gözəlləşdirmə layihəsini” görə bilib. Yəni layihədə haraların söküləcəyi, nələrin tikiləcəyi məlum deyil.

Q.Berdıməhəmmədovun şəhərləşdirmə kampaniyası çox güman ki, Türkmənistanın 2017-ci ildə ev sahibliyi edəcəyi Asiya Qapalı məkan və Əlbəyaxa döyüş oyunları ilə bağlıdır. Türkmənistan hökumətinin sözügedən tədbir üçün 5 milyard dollar xərclədiyi bildirilir. ​

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *