Bakının ilk "Pijama Parti"-sindən GENİŞ FOTOREPORTAJ
Bakıda qeyri-adi parti keçirildi.
AzNews.info xəbər verir ki, bu partinin qeyri-adiliyi orda iştirak edənlərin geyimi ilə bağlı idi.Beləki, bu tədbirə qatılmaq üçün iştirakçılar pijama geyinməli idilər. My Special Event Agency-nin təşkilatçılığı ilə 15 may tarixində şəhərin elit klublarından birində baş tutan bu tədbir Azərbaycanda bir ilk oldu. Böyük marağa səbəb olan partinin aparıcısı Bernardo Xose idi. Dj Shock və Vasif Mirəliyevin ifasında non-stop musiqi partiyə ayrı gözəllik qatdı. Bir sıra müsabiqələrin də keçirildiyi partiyə sonda balış döyüşü ilə yekun vuruldu.
AzNews.info partidən görüntüləri oxucularına təqdim edir:
Fotoların tamına buradan baxa bilərsiniz.
Mənbə:> AzNews.info