İkinci beyin əməliyyatı keçirən Tatlısəsdən xəbər var
Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəs pərəstişkarlarını sevindirib.
ANS PRESS-in məlumatına görə, martın 9-da ABŞ-ın Florida ştatının Mayami şəhərində beyin əməliyyatı keçirən məşhur türk müğənnisi İbrahim Tatlısəs Türkiyəyə qayıdıb.
Sürpriz şəkildə vətəninə qayıdan sənətçi əvvəlcə şəirkətlərinə baş çəkib, oradakı işçilərlə maraqlanıb.
Müğənninin xüsusi mühafizə sistemi ilə qorunan evdə dincəldiyi bildirilir.
Xatırladaq ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmamışdı. Məşhur türküçü beynində qırılan sümüyün çıxarılması üçün Mayamidə bu il martın 9-da yenidən əməliyyat olundu. O, əməliyyatın riskli olduğunu nəzərə alaraq əvvəlcədən yaxınları və dostları ilə halallaşmışdı. 6 gün komada qalan İbonun hazırda vəziyyətinin yaxşıya doğru getdiyi vurğulanır.
Mənbə:> ANSPRESS