Dəhşət! İşçi balıqla birgə sobada bişdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Dəhşət! İşçi balıqla birgə sobada bişdi

Dəhşət! İşçi balıqla birgə sobada bişdi


Amerika Birləşmiş Ştatlarında (ABŞ) fəliyyət göstərə qida şirkətlərindən birinə qarşı ağır ittiham irəli sürülüb.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın nəhəng qida şirkətlərindən hesab edilən “Bumble Bee Foods”a aid müəssisələrdən birində çalışan texniki işçi həmkarının diqqətsizliyinin qurbanı olub. Bu barədə “USA Today” xəbər yayıb.

Xəbərdə bildirilir ki, müəssisədə işçilərdən birinin iri sobanın içərisinə texniki baxış keçirdiyi vaxt digər yoldaşı 5 tondan artıq balığı sobaya dolduraraq işə salıb.

Bir müddət əvvəl baş verən hadisədən sonra şirkət açıqlamasında işçinin yoxa çıxdığını ifadə edib. Lakin iki saatlıq axtarışdan sonra onun 132 °C temperatura malik sobada olduğu müəyyən edilib.

Los Anceles prokurorluğu şirkəti təhlükəsizlik tədbirlərinə riayət etməməkdə suçlayıb.

Qeyd edək ki, etdikləri məsuliyyətsizlik səbəbilə istehsalat müdiri ilə keçmiş təhlükəsizlik şefini 3 ilə qədər həbs gözləyir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *