Bahalı smartfonların qənimi satışa çıxarıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

Bahalı smartfonların qənimi satışa çıxarıldı – VİDEO

Bahalı smartfonların qənimi satışa çıxarıldı


"OnePlus" şirkəti "OnePlus One" smartfonunun açıq satışına icazə verib.

ANS PRESS-in məlumatına görə, aparatı "OnePlus" şirkətinin rəsmi saytında satın almaq olar. 16 QB daxili yaddaşa malik modelin qiyməti 299, 64 QB-lıq versiyanın qiyməti isə 349 dollar təşkil edir. Şimali Amerika, Avropa və Asiya ölkələri daxil olmaqla 30-dan çox ölkəyə çatdırılma mümkündür. Bu barədə ICTnews elektron xidməti xəbər yayıb.

"OnePlus One" smartfonu bir il əvvəl satışa çıxarılıb, amma indiyədək yalnız "OnePlus" şirkətinin dəvəti ilə sözügedən qurğunu satın almaq mümkün idi.

Smartfonun açıq satışını elan edən "OnePlus" şirkətinin nümayəndəsi bildirib ki, bir il ərzində 1 milyondan çox smartfon satılıb.

"OnePlus" şirkəti Çinin "Oppo" elektronika istehsalçısının keçmiş prezidenti Pi Lau tərəfindən təsis edilib. Lau xarakteristikasına görə aparıcı istehsalçıların smartfonundan geri qalmayan, amma münasib qiymətə satılacaq smartfon buraxılışını planlayıb. Beləcə "OnePlus One" smartfonu yaradılıb: şirkət öz saytında qurğunu "qabaqcıl smartfonların qatili" adlandırır.

"OnePlus One" smartfonu 1920x1080 piksel təsvir ölçülü 5,5 düymlük ekran, 2.5 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon" 801 prosessoru və Adreno 330 videosürətləndiricisi, 3 QB əməli yaddaş, 4K formatında video çəkilişi dəstəkləyən 13 meqapiksellik əsas kamera, 5 meqapiksellik ön kamera və 3100 milliamper/saat tutumlu batareya ilə təchiz edilib.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *