Alman avtomobilləri daha az etibarlıdır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Alman avtomobilləri daha az etibarlıdır

Alman avtomobilləri daha az etibarlıdır


Almaniya istehsalı olan avtomobillər Yaponiya avtomobillərinə nisbətən daha az etibarlıdırlar.

ANS PRESS-in məlumatına görə, britaniyalı mütəxəssislər 50 min avtomobil sahibləri arasında sorğu keçirərək bu qənaətə gəliblər. Daha sonra nəticələr əsasında keyfiyyət siyahısı hazırlayıblar. Siyahıda Almaniya avtomobil istehsalçıları 6 ən aşağı mövqedə qərarlaşıblar. Yaponiya istehsalçıları isə daha yüksəkdə olan 4 pilləni tutublar.

"Bentley" avtomobilləri isə 37 marka arasında ən etibarsız avtomobil olub. "What Car?" və "Warranty Direct" jurnallarının sifarişi ilə keçirilən sorğuda Yaponiyaya məxsus "Honda" daha yüksək yerləri tutub. "Honda"nın uğuru texniki imtinaların daha az olmasındadır. Bundan başqa, onların təmiri də daha ucuz başa gəlir", - deyə "What Car?" jurnalının redaktoru Cim Holder bildirib.

"Bentley" şirkəti isə bildirib ki, bu sorğu ədalətli deyil. "Çünki sorğuya şirkətin yalnız 4 avtomobili daxil edilib. "Rolls Royce" kimi markalar daxil edilməyib". Jurnalistlər isə bu maşınların sorğuya daxil edilmək üçün çox az olduğunu bildiriblər. Belə ki, sorğuya yalnız ən çox istehsal olunan avtomobillər daxil edilib.

Qeyd edək ki, etibarlılıq indeksi avtomobilin məruz qaldığı təmirlərin sayı və qiyməti ilə müəyyənləşdirilirdi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *