Yumurtanın rəngi toyuğun səhhətindən xəbər verir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Yumurtanın rəngi toyuğun səhhətindən xəbər verir

Yumurtanın rəngi toyuğun səhhətindən xəbər verir


Yumurtanı sındırdığımız zaman onların sarısının fərqli rənglərdə olduğunu görürük. ANS PRESS-in “Pembenar” jurnalına istinadən verdiyi məlumata görə, məhz yumurtanın sarısının rəngi toyuğun sağlamlığından xəbər verir.

Həyətlərdə, televizorda və ya şəkillərdə toyuqları həyət şəraitində, torpaq üzərində görsək də, əksər fermalarda toyuqlar onlar üçün tikilmiş binalarda, 24 saat günəş görmədən yetişirlər. Bu vəziyyət toyuğun səhhətinə birbaşa təsir etdiyindən yumurtanın sarısına baxraq bir toyuğun qapalı və ya həyət şəraitində yetişdiyini bilmək mümkündür.

Əgər sındırdığımız yumurtanın sarısı tünd, narıncı rəngə yaxındırsa əminliklə onu yumurtlayan toyuğun sağlam olduğunu deyə bilərik.

Amma bunun əksinə, sındırdığımız yumurtanın sarısı açıq sarı rəngdədirsə deməli həmin toyuq yaxşı qidalanmayıb.

Mütəxəssislər həmçinin fərqli piqmentlər qatılmış yemlə qidalanan toyuqların yumurtalarının sarısının fərqli rənglərdə ola biləcəyini deyib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *