Azərbaycanda ana və övladları güllələndi
Ötən gün Salyan rayonunda bir ailənin 3 üzvü güllələnib.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Yenikənd kəndində baş verib.
Kənd sakini Rəşad Məmmədov münaqişə zəminində tüfəngdən atəş açaraq həmkəndliləri Xədicə Didarovaya, oğlu Xanquluya və qızı Bahara xəsarət yetirib.
R.Məmmədov saxlanılıb, ondan hadisəni törədərkən istifadə etidiyi müvafiq sənədi olmayan “TOZ-8” markalı tüfəng götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə:> ANSPRESS