Bakının" mina "qoyulmuş binaları » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakının" mina "qoyulmuş binaları

Bakının" mina "qoyulmuş binaları


Bakının əksər məhəllələrinin sakinləri qorxu içindədir - hamı evlərinin üzərinə polimer üzlük çəkiləcəyindən ehtiyat edir.

ANS PRESS-in məlumatına görə, keçən həftə Xətai rayonunda 403 nəfərin yaşadığı binanın üzərinə üzlük çəkilməsi zamanı baş vermiş yanğın bu qorxunu daha artırıb. Axşam saatlarında fasadda başlamış yanğın bir neçə dəqiqənin içində bütün binaya yayılıb və 107 mənzilin sakinləri ölüm təhlükəsi ilə üz üzə qalıb. Yanğın mənzillərdəki bütün əşyaları yararsız hala salıb.

Bakının polimer üzlük çəkilmiş yüzlərlə binasının sakinləri isə ümumiyyətlə qorxu içindədirlər, sakinlər gecə saatlarından tam təsadüfdən baş verə biləcək istənilən yanğından ehtiyat edirlər. "Allah eləməsin, yanğın başlasa, yaranmış zəhərli qazlar evə dolar və bir nəfər də salmat çıxmaz", - deyə Bakının Ayna Sultanov küçəsində belə binalardan birində yaşayan sakinlərdən biri ANS PRESS-in əməkdaşı ilə söhbəti zamanı bildirib.

ANS PRESS-in araşdırmasına görə, hazırda Bakıda 11-ə yaxın inşaat dəstəsi çalışır və sakinlərdən heç bir razılıq alınmadan evlərə polistrol, penoplast və ya poliuretan üzlüklər çəkilir. Tikinti sektoruna yaxın adamların dediyinə görə, dövlət hesabına gerçəkləşdirilən bu inşaat işləri əslində baha başa gəlir. Bakıda bazarlarında polimer üzlüklərin kvadrat metrinin 150 manata qədər dəyişdiyi bildirilir. Bu, kvadratmetri 80 manatdan baha olmayan daş üzlüklərlə müqayisədə iki dəfəyə qədər baha çıxır. Polimer üzlükləri divara yapışdırmaq üçün xüsusi bahalı kleylərdən istifadə edilir ki, bu, həm də yüksək maaşlı peşəkarlar tələb edir.

Tikinti mütəxəssisləri Bakıda baş vermiş yanğını da inşaat işlərinin qeyri-peşəkarlar tərəfindən həyata keçirilməsi ilə izah edirlər. "Pəncərələr, qapılar, balkonlar daş üzlüklərlə təcrid edilməli idi ki, yanğın içəri keçməsin. Həmçinin mərtəbələr bir-birindən daş zolaqla ayrılmalı idi ki, bir nöqtədə başlanmış yanğın bütün binaya yayılmasın", - deyə tikinti şirkətlərindən birindən ANS PRESS-ə bildiriblər. Göründyü kimi, yetərincə bahalı gözəllikdir.

İnşaatçıları bu materiallarla üzlənmiş binalarda yanğının həm də düzgün polimerin seçilməməsi ilə izah edirlər. Məsələ bundadır ki, yalnız özünü söndürən polimer lövhələri üzlük materialı kimi istifadə etmək olar. Bunun üçün həmin lövhələrə xüsusi maddə qatılır və yanğın zamanı yaranan karbon qazı alovu keçirir. Amma bu məsələ də Bakı kimi küləkli şəhərlərdə yardım etmir. Külək karbon qazını dağıdır və alov güclənir. İstənilən halda, polimer lövhələr 120 dərəcədə alışa bilərlər, amma yanğına davamlı materiallar isə 600-700 dərəcə istiliyə qədər dözürlər.

Görünür elə bu səbəbdəndir ki, kütləvi istehsalı Avropada hələ 1937-ci ildən təşkil edilən bu lövhələr geniş tətbiq edilmir. Bəzi Avropa ölkələrində, o cümlədən Rusiyada bu lövhələri yalnız bir-birindən çox aralı tikilən fərdi evlərin üzlənməsində istifadə edirlər. Bu, həm də müəyyən ehtiyatla yaşayışın olmadığı ictimai binalarda da tətbiq edilir. Amma bu cür memarlıq layihələri bəzən ictimai etirazlarla qarşılanır. Məsələn, Seyşel adalarında deputatlar poliuretan bloklardan istifadə edilməklə tikilmiş parlament binasına girməyiblər. Onlar binalardakı havasızlıqdan da şikayət ediblər. Məsələ bundadır ki, daş binalar içəridəki rütubəti və toksinləri udaraq məsamələri vasitəsi ilə çölə ötürürlər. Polimer üzlüklər isə bu prosesi dayandırır və içəridə diskomfort şəraiti yaranır. Buna görə də ABŞ Konqressinin kiçik maketinə bənzəyən bu memarlıq abidəsi boş qalıb və yalnız turistlərin zövqünü oxşayır.

Yəni tikinti materiallarının kasad olduğu uzaq Seyşel adalarının aborigenləri bu məsələni anlayıblar. Amma, nədənsə, başdan-ayağa daş karxanaları ilə əhatələnmiş Bakıda isə bunu anlamırlar və binaları xaricdən iki dəfə baha qiymətə gətirilən "benzin" blokları ilə üzləyirlər. İndi millət olaraq biz bu müşkül olayın sirri üzərində baş sındırırıq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *