Bakıda partlayış: yaralı var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Foto

Bakıda partlayış: yaralı var – FOTO

Bakıda partlayış: yaralı var


Abşeron rayonu Masazır qəsəbəsində partlayış baş verib.

Elxan Aslanova məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində baş verən partlayış Sarı Aşıq küçəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Partlayış nəticəsində otağın tavanı və divarlarında çatlar əmələ gəlib.

Partlayışdan sonra yanğın qeydə alınmayıb.

Məlumata görə, partlayış nəticəsində Elxan Aslanovun yoldaşı 1987-ci il təvəllüdlü Leyla Abış qızı Aslanova xəsarət alıb. O təcili tibbi yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına aparılıb.

Xəstəxanadan Leyla Aslanovanın vəziyyətinin orta stabil olduğu bildirilib.


Bakıda partlayış: yaralı var
Bakıda partlayış: yaralı var
Bakıda partlayış: yaralı var

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *