73 il evli olan cütlük eyni gündə koronavirusdan öldü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

73 il evli olan cütlük eyni gündə koronavirusdan öldü

73 il evli olan cütlük eyni gündə koronavirusdan öldü

ABŞ-da 73 il evli olan cütlük eyni gündə koronavirusdan ölüb.

“USA Today” xəbər verir ki, 94 yaşlı Uilford Kepler və 92 yaşlı Meri Kepler altı saatlıq fərqlə vəfat ediblər.

Əvvəlcə qadında koronavirus aşkar edilib, o, dörd gün özünütəcrid rejimində qalıb. Lakin onun həyat yoldaşında da virus tapılıb.

Cütlüyün nəvəsi Natali Lamekanın dediyinə görə, həkimlər onun nənəsi ilə babasını eyni palataya yerləşdiriliblər. Hətta onların bir-birinin əlindən tutması üçün çarpayılarını da yaxınlaşdırıblar:

“Həkimlər onları nə gözlədiyini bilirdilər və buna sakit yanaşırdılar”.

Natali nənə və babasının Böyük Depressiya, İkinci Dünya Müharibəsi və Vyetnam Müharibəsi də daxil olmaqla, çox tarixi hadisələrin şahidi olduqlarını qeyd edib.

Keplerlər Uilfordun böyüdüyü Viskonsin ştatının Bos kəndi yaxınlığındakı qəbiristanlıqda yanaşı dəfn ediliblər.

Qeyd edək ki, ABŞ-da 61 669 nəfər koronavirusdan həyatını itirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *