Bu ərazilərdə qaz olmayacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq


Sabah - avqustun 8-də səhər saat 09:00-dan etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin balansında olan “Qazanlar-Keşlə” magistral qaz kəmərinin üzərində quraşdırma işləri, eləcə də digər qaz xətlərində birləşdirmə işləri icra olunacaq.

Bu barədə Oxu.Az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində Bakının Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayevo, M.Hadi, İ.Zülfüqarov, Sadıqcan, X.Məmmədov, H.Aslanov, M.Davud, Aşıq Qurban, Mingəçevir və Süleyman Əhmədov küçələrində, eləcə də NZS qəsəbəsi, Əhmədli kəndi və digər yerlərdə qaz təchizatı dayandırılacaq.

Bundan başqa, sabah səhər saat 09:00-dan etibarən İsmayıllı və Göyçay rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatında fasilələr olacaq. Təchizatda dayandırmalar Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz xəttində aparılan bəzi təmir işləri ilə bağlıdır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *