Sabah Bakının bir hissəsində qaz olmayacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sabah Bakının bir hissəsində qaz olmayacaq

Sabah Bakının bir hissəsində qaz olmayacaq


Sabah Bakı və Gəncənin bəzi yerlərində qaz olmayacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Oxu.Az-a verilən məlumata görə, “Qaradağ-Digah” magistral qaz kəmərinin 20-ci km-də aşkar edilmiş qaz sızmasının ləğvi və yeni tikilmiş ölçü qovşağının qaz təchizatı mənbəyinə birləşdirilməsi əlaqədar sabah saat 10:00-dan etibarən təmir işləri başa çatana qədər Bakının Nəsimi rayonunun Tbilisi prospekti, 1 və 2-ci Alatava, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, Nizami, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görüləcək təmir işlərinin Nərimanov və Yasamal rayonlarının, eləcə də Yeni yasamal yaşayış massivi Şərifzadə, Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Həmçinin bildirilir ki, sabah saat 09:00-dan etibarən Gəncə şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *