İnsanov yenidən həbsxanaya gedir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

İnsanov yenidən həbsxanaya gedir

Eynulla Fətullayev

İnsanov yenidən həbsxanaya gedir


Ön soz əvəzi

“Həbsxanada mən qanuni oğruların qanunlarına riayət edirdim”. Keçmiş səhiyyə naziri və siyasətçi Əli İnsanovun azadlıqda olarkən dediyi bu “qanadlı” ifadə bütün aparıcı Azərbaycan KİV-lərində əksini tapdı. İnsanov öz oğru və cinayətkar qanunlarına xilaf çıxmadı – hətta digər “siyasi məhbusları” diqqətdən kənarda saxladığı düşərgədə də. Kriminal avtoritetlər və qatı cinayətkarlarla birlikdə olmaq ona daha maraqlı gəlirdi. Bəs necə?! Axı onlar hamısı eyni dəyərləri və prinsipləri paylaşırlar...

Əsl liberallar və dissidentlər necə hərəkət edirdilər və edirlər?! Görkəmli dissident və hüquq müdafiəçisi Vatslav Havel həbsxana qapısını geridə qoyan zaman azadlığa əməlli-başlı əlyazmalar toplusu ilə çıxmışdı. Bunlar onun Olqaya – həyat yoldaşına yazdığı məktublar idi. Havel hər gün həyat yoldaşına məktub yazırdı. Bu əlyazmalar sonradan parlaq romana çevriləcəkdi və o əsərini Havel sadəcə “Olqaya məktublar” adlandıracaqdı. Həbsxanada olarkən mənə bu görkəmli dissidentdən həmin “Məktublar”ı onun şəxsi avtoqrafı ilə almaq xoşbəxtliyi nəsib oldu. Məhbusun şəxsi hissləri necə də öz ölkəsinin gələcəyi haqqında qəmgin fikirlərlə çulğalaşır?! Bu məktublarda həyatını bütün varlığı ilə inandığı mübarizəyə həsr etmiş zərif, yumşaq, həssas və sentimental şairin insani portretini açmaq mümkündür.

İnsanov yenidən həbsxanaya gedir


Sadiq şərəf oğrusu


Əlbəttə, mən dünya miqyaslı siyasətçi və yazıçı ilə öz xalqının sağlamlığı və rifahı ilə alver etmiş xırda oğru və despotu müqayisə etmək istəmirəm. Lakin oğru və despot İnsanovun miskin psixoloji portretini göstərmək çox vacibdir.

“Bu 14 ildə mən bir dəfə də olsun həyat yoldaşıma və uşaqlarıma zəng etməmişəm!” Despot bunu fəxr və qürur hissi ilə söyləyir?! Niyə və necə?! Doğrudanmı, sınmış psixikaya malik İnsanova hər birimiz üçün çox təbii olan həyatımızdakı ən qiymətli və yaxın adamlarımıza görə narahatlıq hissi də yaddır?! Dünya tarixində yalnız bir buna bənzər hal məlumdur. Siyasi və dövləti cinayətlərinə görə ömürlük həbsə məhkum edilmiş faşist və nasist German Hess. İnsanovdan fərqli olaraq, Hess həbsxanada ölmüşdü və faşizmin alman tədqiqatçıları iddia edirlər ki, onun ölümündə Britaniya xüsusi xidmətlərinin əli ola bilər. Lakin hekayəmizdə bizi maraqlandıran nasistin həbsxana divarları arasında tamamilə layiq olduğu zorakı ölümü deyil. Hesslə İnsanovun inandıqları dəyərlərin ümumi fəlsəfəsidir. “Mən həbsxanada bir dəfə də olsun yaxınlarımı və doğmalarımı görmək istəmədim”. Bizim traybalist kimi nasist də tez-tez bu ifadəni təkrarlayırdı...

İnsanov – dəyərləri, prinsipləri və şərəfi olmayan insandır. Azadlığa çıxmasına bir neçə gün qalmış keçmiş nazir hökumət nümayəndələri ilə görüşərkən əllərini yuxarı qaldırıb və belə bir etiraf edib: “Mən əllərimi göyə qaldırıram. Göylər isə mənim üçün yalnız Allah deyil, həm də İlham Əliyevdir”.

İnsanov yenidən həbsxanaya gedir


Bir neçə gündən sonra Ə.İnsanov, özü demişkən, Allahın, göylərin və İlham Əliyevin iradəsi ilə azadlığa çıxır. Elə ilk bəyanatındaca eks-nazir bütün qəzəbini göylərə və hakimiyyətə yönəldir. Allahın xoşuna gəlməyəcək tərzdə. Amma tamamilə oğrucasına.

Despot və oğrunun insani portreti haqqında düşüncələri kənara qoyaq. Son nəhayətdə, vaxt var idi ki, qonşu Gürcüstanda qanuni oğru Caba İoseliani (təlatümlü 90-lar üçün tipik olan siyasətçi özünü “məşhur oğru və naməlum rəssam” kimi təqdim edirdi) “Mxedrioni”nin rəhbəri kimi Kitovani və Şevardnadze ilə birlikdə hakimiyyətə gəlmişdi. Məsələ İnsanovun deyil, millətin seçimindədir. Keçmiş səhiyyə nazirinin siyasi hakimiyyət uğrunda mübarizəsində şansları varmı?

Xırda, lakin heç də az əhəmiyyəti olmayan təfərrüat. “Amerikanın səsi”nə müsahibəsində İnsanov erməni dilində danışır və özünün Ermənistandan köçüb gələnlərin regionuna aidiyyatını vurğulayır. “İlk növbədə, insan öz anasını sevməlidir. Yalnız bundan sonra o, başqa anaları sevə bilər”, - siyasətçi özünün klan nəzəriyyəsini izah edir və qətiyyən gizlətmir ki, azərbaycanlıların regional (klan) prinsipə görə diskriminasiyası və hüquqlarının pozulması siyasətini davam etdirmək əzmindədir. Lakin İnsanov yanılır. O, hardasa 90-cı illərin ortalarında ilişib qalıb və Azərbaycan cəmiyyətinin inkişafı dialektikasını qavramayıb. Bazarın qızğın inkişafı, istehsal vasitələrinin oliqarxizasiyası, icma (regional) birgə yaşayış prinsipinin keyfiyyətcə dəyişikliyi və urbanistik mədəniyyətə tam keçid İnsanovun həbsxanada olduğu müddət boyunca gec sovet dövrü Azərbaycanının bu atavizmi üzərində tam qələbə çalıb. İnsanovun retroqrad baxışları real Azərbaycanın qayasına çırpılaraq çilik-çilik olur – kapitalistik mədəniyyət regional sərhədləri silib və regiona mənsubiyyətə görə deyil, siyasi və kulturoloji birlik əsasında birləşməyə öyrədib.

İnsanov yenidən həbsxanaya gedir


Ziddiyyət göz qabağındadır – yeni Azərbaycan və köhnə İnsanov. Söhbət yalnız yaşdan getmir. Əlbəttə ki, dünya və Azərbaycan tarixində yaşlı insanların böyük siyasətə qayıdışı halları olub. Qərbdə xalq dahi Çörçilli geri qaytarıb. Şərqdə - əfsanəvi Eceviti. Azərbaycanda unikal Əliyevi. Fəqət, qoca İnsanov hansı missiya ilə qayıdır?! Öz sözlərinə görə, diktaturanı devirmək məqsədilə. Əgər Azərbaycandakı indiki rejimi diktatura adlandırsaq, onun təşəkkül tapmasında 12 il ərzində nazir postunu tutmuş İnsanovun özü bilavasitə iştirak edib. Doğrudanmı, həbsxanada o, bütün bunları dərk edib? İnsanovun xidmətində durduğu hakimiyyətin mahiyyətini anlaması üçün həbsxanaya düşmək lazım idi?! Bəlkə İnsanov öz şəxsi qəzəbini və qisas yanğısını, belə demək mümkünsə, xalq mübarizəsi forması altında gizlədir və yeni aldanmışları ilğımvari ümidlərə və sonrakı məyusluğa düçar edir?! Əlbəttə ki, İnsanov bu məsələdə də oğrucasına hərəkət edir – o, ikiüzlüdür, simasızdır və şəxsi mübarizəsini ictimai maraqlar altında gizlədir.

Gənc nəsil də qoca İnsanovu tanımır. İnsanovla gənc nəsil arasındakı fərqi “YouTube” ilə köhnə sovet televizoru olan “Vesna” arasındakı fərqə bənzətmək olar. Məhz yeni, passionar və romantik liberallar nəsli - gələcək dəyişikliklərin qaranquşları heç vaxt rüşvətxor, traybalist və despot damğalı siyasətçinin arxasınca getməz. Onlara Əli Kərimli, yaxud da İlqar Məmmədovla Erkin Qədirli daha çox yaxındır, nəinki unudulmuş tarixdən qaxaca dönmüş yapçı.

İnsanovun möhkəm sosial və elektoral bazası yoxdur və ola da bilməz. Onun böyük siyasətdə ümid edə biləcəyi maksimum bir-iki yüz nəfər qohumu və keçmişdən korrupsiyaya bulaşmış həmkarlarıdır. İnsanov milli-demokrat müxalifətlə qüvvələrin birləşdirilməsinə də hazır deyil. “Yox, mən Milli Şuraya daxil olmayacağam. Öz partiyamı quracağam. Qoy hamı öz yolu ilə getsin”, - özünün xırıltılı səsi ilə qoca İnsanov hiyləgərcəsinə təkrarlayır.

Od püskürən mənlik, vulqar dərəcədə sehrli özünə vurğunluq, özündən müştəbehlik... Bütün bunlar ona işıq ucu görünməyən həbsxanada sağ qalmaqda kömək olub. Ümidsiz yaşamaq. Axı o, millətin xilaskarıdır, insanların çiyinləri üstündə özünün itirilmiş taxt-tacına qalxacaq. Ədalətsizcəsinə itirilmiş! Yenə hakimiyyət, kabinetlər, korrupsiya axınları, şöhrətpərəstlik və milyonların itaəti.

İnsanov yenidən həbsxanaya gedir


“İnsanovin” adlı xəstəlik

Budur İnsanovun bərpa fəlsəfəsi. Budur “insanovin” adlı qanayan sosial xora. Yenidən böyük siyasətə qayıdışı barədə bəyanat vermiş İnsanov sosial bazasız, fəal tərəfdaşlarsız, potensial elektoratsız mübarizəyə girişir. Həbsxanada olduğu kimi, İnsanov məğrur təklikdədir. Onun bir tək yeganə və son seçimi qalır – hakimiyyəti təhrik etmək, özünü zərbə altına qoymaq və beləcə diqqət mərkəzində qalmaq.

İnsanov bütün yazılmış və yazılmamış qaydaları pozacaq. Bir sözlə, hakimiyyətin diaqnozu İnsanov olan küt başağrısı əmələ gəlib. Əgər İnsanov hakimiyyət üçün başağrısıdırsa, liberal cəmiyyət üçün çağırışdır. Bunun bütün məsuliyyəti 2005-ci ildə korrupsiyalaşmış nazirin işini tamamilə heçə endirmiş hüquq-mühafizə orqanlarının üzərindədir. İnsanovu dövlət çevrilişinə cəhddə ittiham etdilər, halbuki sıravi müstəntiqlər, Nazirlər Kabinetinin şöbə müdiri Çingiz Rəhimov, keçmiş nazir Əli Nağıyev, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin rəhbəri Salman Cəfərov cinayətkara və nasistə qarşı əsl dosye toplamışdılar. Yalnız bu işə başlamaq lazım idi. Eldar Mahmudov nə edir? Əli İnsanovun işini siyasiləşdirməklə MTN şefi hər cür yollarla humanitar yardım satıcısının beynəlxalq təşkilatlarda tanınmasına kömək edir. Qaçqınlar üçün nəzərdə tutulmuş dərmanların ucuz satıcısı tezliklə xalqın dastan qəhrəmanına çevrilir, az qala bütün Roma sisteminə qarşı çıxmış Qladiatordur.

İndiyə kimi də Baş Prokurorluğun və Nazirlər Kabinetinin arxivlərində humanitar yardımın yoxlanması üzrə Dövlət Komissiyasının 100 səhifəlik hesabatı qorunur. Dövlət Komissiyasına nazir Əli Nağıyev rəhbərlik edirdi. Əli İnsanovun cinayətlərini aşkar etmiş Dövlət Komissiyasının dəlilləri ilə hətta keçmiş səhiyyə nazirinin müavini Zemfira Hüseynova da razılaşmışdı. Ədalətli olması və dürüstlüyü Zemfira xanıma baha başa gəldi. Nazir müavini yalnız vəzifəsini itirmədi. İnsanov Zemfira xanıma qarşı ov elan etdi...

Hakimiyyət nə etməlidir və ədalət nəyi tələb edir? İnsanovun Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər haqqında hökumət məruzəsinin dərcindən 20 ildən çox vaxt keçir. Ədalət hələ də qələbə çalmayıb. İnsanov çevrilişə cəhdə və daha sonra rüşvətə görə məhbus həyatı yaşayıb. Nəhayət, narkotiklərdən istifadəyə görə uydurma ittihamla. Lakin İnsanov humanitar yardımın oğurluğuna görə layiq olduğu tarixi cəzanı almayıb...

Baş Prokurorluq yeni istintaqa başlamağa borcludur, halbuki orada sübut olunmalı da heç nə yoxdur. Bütün sübutlar üzdədir. Sadəcə nasistin qoluna qandal vurmaq və onu yenidən ömürlük kameraya yollamaq lazımdır...

İnsanov yenidən həbsxanaya gedir


Son söz əvəzi


1999-cu ildə Hökumət Evindəki iş kabinetimi tərk edərkən mən özümlə İnsanovun cinayətləri haqqında 100 səhifəlik hökumət hesabatını və Vatslav Havelin “Absurdistan” adlı seçilmiş əsərləri toplusunu götürdüm. Bütün gecəni Havelin Absurdistan haqqında fəlsəfi düşüncələrini xatırlayaraq, mən İnsanovun saysız-hesabsız cinayətlərini sadaladığım və onlardan bəhs etdiyim məqalə üzərində işlədim. Səhər “Zerkalo” qəzetinin mərhum redaktoru Rauf Talışinskiyə zəng etdim və ona “Qarət” adlı məqaləmi gətirdim. Bütün ölkə hələ də cəzasını almamış İnsanovun cinayətlərindən xəbərdar oldu...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *