Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqlar alınacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqlar alınacaq

Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqlar alınacaq

Nazirlər Kabineti “Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqları dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə” qərar verib.

AzərTAc bildirir ki, qərara əsasən Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqların özgəninkiləşdirilməsi ilə əlaqədar həmin torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti həmin torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirməli və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etməlidir.

Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə olunub.

Mənbə: AzerTac
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *