Qəbələyə və Şahdağa qatarlar hansı stansiyalardan yola düşəcək? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Qəbələyə və Şahdağa qatarlar hansı stansiyalardan yola düşəcək?

Qəbələyə və Şahdağa qatarlar hansı stansiyalardan yola düşəcək?

Qəbələyə dəmir yolu xətti Ləki stansiyasından dönməklə çəkiləcək. Bbunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, yeni yol Qəbələ Beynəlxalq Hava Limanına qədər uzanacaq: "Aeroporta qədər 57 km-lik dəmir yolu çəkiləcək. İşlər ilin sonunda başa çatdırılacaq".

Bundan başqa, C.Qurbanov qeyd edib ki, hazırda Xaçmaz rayonu istiqamətində dəmir yolu xətti təmir olunur. Xudat stansiyasından Şahdağa qədər olacaq yolun layihələndirmə işləri aparılır: "Dövlət başçısının tapşırığına əsasən, həm Qəbələdəki, həm də Şahdağdakı qış istirahət mərkəzini yeraltı tunellə dəmir yolu şəbəkəsinə birləşdirəcəyik".

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *