Azərbaycanda qızların yeni trendi: “Otduşi” ley-pey, bomba kayfda” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Azərbaycanda qızların yeni trendi: “Otduşi” ley-pey, bomba kayfda” – VİDEO

Azərbaycanda qızların yeni trendi: “Otduşi” ley-pey, bomba kayfda”


Azərbaycanda “Kazbekə şey basım, zırlanım” video qalmaqalından sonra qızlar arasında yeni trend yaranıb.

Oxu.Az-ın xəbərinə görə, budəfəki trend də narkotik maddələri təbliğ edən musiqi üzərində qurulub.

Belə ki, əsasən, qızlar İlkin Çərkəzoğlunun ifa etdiyi “Bomba kayfda” musiqisinə qısa videoçarxlar çəkir, həmin görüntüləri sosial şəbəkələrdə, xüsusən də “Instagram”da yayımlayır.

Onların videoları sosial şəbəkələrdə ciddi mənfi reaksiyaya səbəb olub. İstifadəçilər narkotik maddələrin təbliğini pisləyib, bu işdə qızların alət olmasına xüsusi diqqət çəkiblər.

Qeyd edək ki, bir müddət əvvəl analoji hadisə yaşanmışdı. Belə ki, qızlar arasında məşhurlaşan “Kazbekə şey basım, zırlanım” musiqisinə çəkilmiş videolar cəmiyyətdə ciddi narazılıqla qarşılanmışdı. İşə hətta deputatlar, ictimai-siyasi xadimlər də qarışmışdı. Böyük ictimai qınaqdan sonra musiqisində narkotiki təbliğ edən Vüqar Səda həbs edilmişdi.



Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *