Sosial şəbəkələrdə FETÖ-nü təbliğ edən 2754 nəfər tutulub
Sosial şəbəkələrdə Fətullahçı Terror Təşkilatının (FETÖ) təbliğatı ilə məşğul olan 7109 nəfər saxlanılıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə təhlükəsizlik xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət çevrilişinə cəhd hadisəsindən sonra indiyədək müxtəlif adlar altında Türkiyə əleyhinə terror çağırışları edən 7109 nəfərdən 2754-ü məhkəmənin qərarı ilə həbs olunub. 2828 nəfər isə şərti azadlığa buraxılıb.
Mənbə:> Virtualaz.org