Müəllimə şagirdini killərə sifariş verdi – VİDEO
Müəllimə öz şagirdinin ölümünü sifariş verdi. ANS PRESS-in məlumatına görə, Moskva vilayətinin Şatura şəhərində 52 yaşlı Yuliya S. adlı qadın bu məqsədlə killer tutub.
"LifeNews" müəllimin killerlə olan söhbətinin gizli çəkilişini yayıb. Video da aydın görünür ki, müəllimə killerdən 15 yaşlı şagirdini əvvəlcə yaxşı döyməyini istəyib.
"Onu elə döy ki, canı ağrısın. Bir qolunu sındır, üzünə dəymə, ayaqlarını da sındıra bilərsən, böyrəklərinə də vura bilərsən". Qadın killerə israrla gəncin qasıq nayihəsinə vurmamağı tapşırıb.
Sonda o deyir ki, gəncə ölümündən öncə bir neçə pis söz demək istəyir və onu birlikdə öldürəcəklər.
Məlumata görə, Yuliya S. şagirdin ölümünü hələ bir ay öncə planlaşdırıb. O, killer tapmaq üçün Şatura sakininə müraciət edib. Lakin kişi polisə müraciət edib. Killer qismində də qadınla görüşə mülki geyimdə olan polis gedib. Sifarişin müqabilində qatil 100 min rubl almalı idi.
Qadın pulu təhvil verən anda saxlanılıb.
Hələlik 52 yaşlı müəllimin 15 yaşlı yeniyetməni nə üçün öldürmək istədiyi açıqlanmır.
Mənbə:> ANSPRESS