Azərbaycanda yeni xəbər kanalı yayıma başlayacaq

Azərbaycanda yeni - ikinci xəbər kanalı fəaliyyətə başlayacaq.
Oxu.Az xəbər verir ki, bunu Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
O qeyd edib ki, artıq bununla bağlı müsabiqə elan edilib və yaxın vaxtlarda bu yöndə Şura tərəfindən müvafiq qərar qəbul ediləcək:
“Yaxın günlərdə yeni - ikinci xəbər kanalı ilə bağlı qərar verilməsi nəzərdə tutulur. Hesab edirəm ki, indiki zamanda buna ciddi ehtiyac var”.
Mənbə: Oxu.Az