Ədliyyə Nazirliyində İşçi komissiya yaradıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Ədliyyə Nazirliyində İşçi komissiya yaradıldı

Ədliyyə Nazirliyində İşçi komissiya yaradıldı

Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn vəzifələrin təxirə salınmadan icrasının təşkili ilə bağlı aprelin 4-də Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, iclasda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı tərəqqisini vurğulayıb, əhalinin rifahının yüksəldilməsinə, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə yönələn ardıcıl tədbirlərdən danışıb. Bildirib ki, imzalanan Fərman dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Fərman bu sahədə islahatların dərinləşdirilməsini, yeni mərhələdə müasir çağırışlara uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə ədliyyə və məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyənləşdirən mühüm “yol xəritəsi”dir.

İclasda Azərbaycan Prezidentinin rəhbərliyi ilə ötən dövrdə aparılan islahatlar çərçivəsində ədliyyə və məhkəmə sisteminin inkişafı üzrə bir çox mühüm tədbirlərin həyata keçirildiyi, o cümlədən qanunvericiliyin təkmilləşdirildiyi, xüsusi dövlət proqramlarının qəbul edildiyi, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdığı, məhkəmə və ədliyyə infrastrukturunun yaxşılaşdığı qeyd olunub, məhkəmə-hüquq sistemində kompleks qanunverici, institusional və praktiki tədbirlərin görülməsini nəzərdə tutan dövlətimizin başçısının proqram xarakterli Fərmanı ilə Ədliyyə Nazirliyinin üzərinə mühüm vəzifələrin qoyulduğu vurğulanıb.

Bununla əlaqədar kollegiyada dövlətimizin başçısının tapşırıqlarının vaxtında, dürüst və dönmədən icrasının təmin olunması, o cümlədən məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması, bu sahədə süründürməçilik və sui-istifadə hallarına yol verilməsinin qarşısının qətiyyətlə alınması, “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin geniş və səmərəli tətbiqi ilə bağlı konkret işlərin görülməsi müəyyənləşdirilib.

Ədliyyə Nazirliyində İşçi komissiya yaradıldı


Eyni zamanda, məhkəmə qərarlarının icrasının sürətləndirilməsi məqsədilə bu sahədə qanunvericiliyin ətraflı təhlil edilməsi, Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, mediasiya institutunun və beynəlxalq arbitraj prosedurlarının təşviqi, məhkəmə qərarlarının icrası və məhkəmə ekspertizası fəaliyyətinin alternativ mexanizmlərinin tətbiqi təcrübəsinin öyrənilməsi və müvafiq təkliflərin təxirə salınmadan hazırlanması diqqətə çatdırılıb.

Vurğulanıb ki, Fərmanda məhkəmə fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması, qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi, hakimlərin təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması ilə bağlı ciddi və konkret tədbirlərin müəyyənləşdirilməsi məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinə və əlçatanlığına, vətəndaş məmnunluğuna xidmət edir.

İclasda cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması, o cümlədən məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, məhkəmə icraatının səmərəliliyinin təmini, məhkəmə infrastrukturunun yenilənməsi və təchizatın yaxşılaşdırılması, habelə cəza siyasətinin humanistləşdirilməsinə dair dövlətimizin başçısının tapşırıqlarının icrası üzrə nazirliyin vəzifələri müzakirə edilib.

Kollegiyanın qərarına əsasən Fərmanın icrasının təşkili ilə bağlı xüsusi tədbirlər planı təsdiq olunub, aidiyyəti orqanlarla birgə müvafiq qanunvericilik layihələrinin hazırlanması üzrə əlaqələndirmə işçi komissiyası yaradılıb.

İclasda, həmçinin bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *