Deputat: Ağa qara deməkdən usanın » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Deputat: Ağa qara deməkdən usanın

Deputat: Ağa qara deməkdən usanın


Yaxın Şərqdə, Avropada, Qafqazda baş verənlərlə Azərbaycanı müqayisə etsək, nə qədər stabil ölkədə yaşadığımızı görərik. Ölkəni sevmək, görülən işlərə qiymət vermək lazımdır.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva parlamentin Əmək və sosial siyasət komitəsinin martın 12-də keçirilən iclasında çıxış edərkən deyib.

J.Əliyeva bildirib ki, son ay yarımda görülən işlər dünyanın heç bir ölkəsində yoxdur.

“Hər birinizə səslənirik. Yetər artıq. Ağa qara deməkdən usanın! Ölkəmin hər hansı insanına atılan daş, təhqir məni yaralayır. Ölkəni, dövləti sevmək lazımdır. Son ay yarımda atılan addımlar dünyanın heç bir inkişaf etmiş ölkəsində yoxdur.

Dünyanın heç bir ölkəsində bu qədər sərəncam imzalanmır, qanunlar qəbul olunmur. Son bir ayda 100-ə yaxın sərəncam imzalanıb. Hər birinin arxasında Azərbaycan insanı dayanır”, - deyə J.Əliyeva əlavə edib.

Millət vəkili İlham Məmmədov da sosial şəbəkələrdə və bəzi media orqanlarında təhqirlərin, təhriflərin, ölkə, dövlət və dövlət rəhbərliyinin ünvanına qarayaxmaların baş alıb getdiyini bildirib:

“Bunlar yolverilməz və qəbuledilməzdir. İnsanların heysiyyəti, şəxsiyyəti, şərəfi ilə oynamaq olmaz. Ölkəmizdə bu qədər işlər görülür. Amma bir qrup insan var ki, bunu görümür və görmək istəmir.

Bir kəlmə də olsa, bunlardan danışmırlar. Amma bir balaca problem, nəsə olan kimi, dərhal onu şişirdir, təhqirlərə, qarayaxmalara başlayırlar. Ən pisi də odur ki, dövlətin üzərinə düşür, dövlətə çamur atırlar. Çox istərdik ki, bunlara son qoyulsun, təhqirlər, təhriflər, qarayaxmalar yığışdırılsın”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *